Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA

İllərdir sərt qaydalarla idarə olunan Çinin avtomobil bazarında əhəmiyyətli dəyişiklik baş verir.
Avtosfer.az xəbər verir ki, 2027-ci ildən etibarən başlayacaq pilot layihə çərçivəsində uzun müddət qadağan edilmiş klassik avtomobillərin ölkəyə girişinə məhdud şəkildə icazə verməyə hazırlaşır.
Çin hökuməti indiyədək 15 il və daha çox yaşı olan avtomobillərin həm idxalını, həm də yol hərəkətində istifadəsini qadağan edirdi. Bu yanaşma “köhnə avtomobilin yeri muzeydir” prinsipi ilə əsaslandırılırdı. Lakin 2027-ci il üçün təsdiqlənən yeni pilot layihə bu sərt qaydalarda yumşalma yaradacaq. Qərarın yalnız Çin bazarına deyil, Avropa və Türkiyədə klassik avtomobil qiymətlərinə də təsir göstərəcəyi gözlənilir.
Layihə ilkin mərhələdə Quanqdonq əyalətində tətbiq olunacaq. Klassik avtomobillərin idxalı ciddi şərtlərlə mümkün olacaq. Belə ki, nəqliyyat vasitələri həm mənşə ölkəsində, həm də Çində ətraflı texniki baxışdan keçiriləcək. Bundan əlavə, hər bir avtomobil GPS qurğusu ilə təchiz ediləcək və onun hərəkəti dövlət qurumları tərəfindən 24 saat nəzarətdə saxlanılacaq. Avtomobillər yalnız icazə verilən ərazilər daxilində istifadə oluna biləcək.
Məlumata görə, Çin kolleksiyaçıları əsasən yüksək dəyərə malik klassik modellərə maraq göstərirlər. Xüsusilə “Ferrari”, “Porsche”, “Bentley” və “Mercedes” markalarına aid, tam sertifikatlaşdırılmış və ideal vəziyyətdə olan avtomobillərin bazarda üstünlük qazanacağı bildirilir.
Mütəxəssislər hesab edirlər ki, bu qərar qlobal klassik avtomobil bazarında qiymət artımına səbəb ola bilər. Varlı çinli kolleksiyaçıların yüksək məbləğ ödəməyə hazır olması nadir modellərin Çinə yönəlməsini sürətləndirəcək. Nəticədə klassik avtomobillər Avropada investisiya alətinə çevrilə və qiymətlər əhəmiyyətli dərəcədə arta bilər.
Pilot layihənin uğurlu olması halında modelin bütün Çində tətbiq ediləcəyi və qlobal klassik avtomobil bazarının diqqət mərkəzinin Asiyaya yönələcəyi istisna edilmir.
Eltac Zülfüqaroğlu
Çin şirkəti yeni elektromobilini təqdim etdi – 9 dəqiqəyə tam şarj - FOTO
Elektromobillərin batareyasında yeni texnologiya - 9 dəqiqəyə tam şarj mümkün olacaq – RƏSMİ
Pekin avtomobil sərgisi açılır: 181 PREMYERA, 71 KONSEPTUAL MODEL
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI
Avtomobil alarkən kondisioneri necə yoxlamalı? - FOTO
Tramp avtomobil şirkətlərinin istəyini rədd etdi; güzəşt olmayacaq - RƏSMİ
Yağışlı havada elektrikomobil sürmək təhlükəlidirmi? - Ekspert real vəziyyəti AÇIQLADI








