Yeni “Toyota C-HR” “Toyota Abşeron” Mərkəzində satışda - FOTO

“Toyota”nın Azərbaycandakı rəsmi dileri “Toyota Abşeron” Mərkəzi yeni “Toyota C-HR” modelini təqdim etdi. Cazibədar konturları, müasir, ritmik dizaynı ilə seçilən avtomobilin həm eksteryerində, həm də interyerində dəyişikliklər nəzərə çarpır.
Həmişə parlaq imici ilə seçilən “Toyota C-HR” yeni dizaynlı LED ön-arxa işıqlar, yenilənmiş yüngüllehimli disklər və canlı eksteryer rəngləri sayəsində daha da göz qamaşdırır. Üstəlik, tavan üçün ayrı, korpus üçün ayrı rəng seçmək imkanı verən ikitonlu rəng kombinasiyaları onu bir-birinə bənzəyən avtomobil axınında mütləq fərqləndirəcək.
Yeni “Toyota C-HR” heçbek dinamikasını SUV rahatlığı ilə birləşdirir. Android Auto və Apple Car Play ilə uyğunlaşan yeni tamtəchizatlı multimedia sistemi ilə daimi informasiya dövriyyəsini təmin edir.
Belə ki, telefonu avtomobillə əlaqələndirərək xəritə, naviqasiya, musiqi və mesajların səsli oxunması və s. imkanlardan yararlanmaq mümkündür. 9 spikerli premium səs sistemi isə səfərlərdə bol və keyfiyyətli əyləncə vəd edir.
“Toyota Abşeron” Mərkəzi bu bənzərsiz avtomobili daha yaxından tanımaq və sınaqdan keçirmək üçün sizi test-drayva dəvət edir.
Daha ətraflı: *0110 / https://toyota-absheron.az/test-drive
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO















