Yeni “Volvo S60”: təhlükəsizliyin zirvəsində

Volvo S60-da artım var: bu sedanların 3-cü xəttini “Momentum” adlandırıblar.
Avtosfer.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “Volvo S60” baza komplektində 2 400 000 rubla (65 min manat) başa gələcək. Bu məbləğə qabaq ötürücü, 8- pilləli avtomat qutu və T4 benzin mühərriki də (190a.g.) daxildir.
“S60” dizel motorsuz ilk modeldir. “City Safety” təhlükəsizlik sistemi “S60”ın baza komplektinə daxildir. Bu sistem avtomobilləri, piyadaları, velosipedçiləri və iri heyvanları yolda tanıyır və təhlükə yarandıqda avtomatik tormozlanma tətbiq edir.
Avtomobilin standart təchizatına həmçinin yoldan çıxmanın qarşısını alma sistemi, qarşı tərəfdən hərəkət zolağına çıxmanın qarşısını alma sistemi də daxildir.
Həmçinin baza təchizatında Sensus informasiya-əyləndirici sistem, avtomobilin funksiyalarını mobil əlavə vasitəsilə məsafədən idarə edə bilən “Volvo on Call” sistemi təklif edilir.
İlk “Momentum”lar 2020-ci ilin əvvəlində satışa çıxarılacaq.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












