Adambaşına radar sayına görə lider ölkələr - SİYAHI - FOTO

Çox vaxt sürücülərimiz yollarda radar və kameraların çoxluğundan şikayətlənir. Əslində burada pis heç nə yoxdur. Qayda pozuntusu olmasa heç kimə nə cərimə yazılır, nə də elektron protokol gəlir. Əlbəttə ki, texniki xətalar istisnadır və hər bir ölkədə baş verir.
Məsələn, Rusiyada Qazel 1400 km/saat sürətlə radara düşmüşdü. Bu, avtomobilin deyil, qırıcı təyyarənin sürətidir.
Avtosfer.az xəbər verir ki, dünyada ən çox radarın olduğu ölkə Braziliyadır – 21 575 ədəd. Lakin ərazinin böyük əhalinin çox olduğunu nəzərə alsaq, rəqəm o qədər də böyük deyil. Hər milyon sakinə 101 radar düşür.
Adambaşına radar sayına görə isə əhalisi təxminən bizim qədər (11 milyon nəfər), ərazisi isə 30,6 min kvadrat kilometr olan Belçika liderlik edir. Bu ölkənin yollarında 4647 stasionar radar gecə-gündüz cərimə yazır. Başqa sözlə, hər milyon nəfərə 422 radar düşür.
Hər milyon nəfərə düşən radar sayına görə növbəti yerləri bu ölkələr bölüşür:
BƏƏ – 283 radar,
İtaliya – 235 radar,
Rusiya və Səudiyyə Ərəbistanı – 128 radar
Britaniya – 117 radar
Almaniya – 57 radar

Çox ağır cərimələrin mövcud olduğu Fransada isə hər milyon nəfərə cəmi 50 radar düşsə də, iqtisadi səmərəlilik baxımından fransız raarları daha “səmərəli işləyir”.
Cəmi 1 işlək radarın olduğu ölkələr də var ki, bu da ayrı bir xəbərin mövzusudur.
Vüqar
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO








