Aviaşirkət 2012-ci ildə itirdiyi təyyarəsini tapdı - FOTO

Qəribə hadisə Hindistanda baş verib.
Avtosfer.az xəbər verir ki, “Air India” şirkəti 2012-ci ildə müəmmalı şəkildə itmiş təyyarəsini tapıb.
1982-ci ildə Hindistana gətirilmiş “Boeing 737” təyyarəsi 2007-ci ildə başqa şirkətə icarəyə verilir. Bu şirkət 2011-ci ildə “Air India” ilə birləşir. Təyyarə isə 2012-ci ildə istismardan çıxarılaraq Kəlküttədə anqara yerləşdirilir. Lakin, ümumi tendensiyanın əksinə olaraq hava gəmisi sökülmür.
Bundan sonra isə təyyarə unudulur. Hətta şirkət 2022-ci ildə özəlləşdirilərkən də “Boeing” yada düşmür.
Təyyarə bu günlərdə anqara baxış keçirilərkən aşkara çıxarılıb və satılıb. Satış zamanı məlum olub ki, hava gəmisinin sənədləri qaydasında deyil, formulyarlar düzgün doldurulmayıb. Bu həm təyyarənin texniki vəsiyyətinin qiymətləndirilməsini çətinləşdirir, həm də Hindistanda texnikaya münasibətin səviyyəsini göz önünə qoyur.
Bu hadisənin fonunda Hindistanda layihələndirilıməsinə 60 il əvvəl başlanan təyyarə mühərrikinin niyə hələ də hazır olmaması təəccüb doğurmamalıdır. Bu günlərdə o da məlum olub ki, mühərrikin ərsəyə gəlməsinə hələ azı 12 il tələb olunur.
Vüqar


“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR












