Avropanın ən “yaşıl” şəhərləri - FOTO

Avropa şəhərləri əsasən yaşıllığın çoxluğu ilə seçilsə də, yaşıllıqlar şəhərlər üzrə bərabər bölünməyib. Bəzi şəhərlərdə yaşıllıqlar cəmi 10 faiz yer tutursa, digərində 70 faizi ötür.
Avtosfer.az xəbər verir ki, “Statista” İnstitutu ən çox yaşıllığı olan 10 Avropa şəhərinin statistikasını açıqlayıb.
Beləliklə, onluğun sonuncu pilləsində qərarlaşan Parisin 26 faizi təbii yaşıllıqla örtülüb. Bulon meşəsi, Lüksemburq bağı hamıya tanışdır.
Niderlandın paytaxtı Amsterdamın 31 faizi təbii meşə və çəmənlikdir. Kanalların bolluğu yaşıllıqların artmasına təbii şərait yaradır.
Qədim abidələri ilə seçilən Romanın 34 faizini yaşıllıqlar tutur.
Avropanın siyasi mərkəzlərindən olan Brüsselin 42 faizi təbii meşə və çəmənliklə örtülüdür. 1829-cu ildə açılmış Botanika bağı bu gün də sevilir.
Berlində isə bir qədər mərkəzdən uzaq məhəllələrdə qarşınıza çaqqal və ya qaban çıxa bilər. Almaniya paytaxtının 51 faizini yaşıl məkanlar tutur. Bu ərazilərdə velosiped çığırları geniş yayılıb.
Vaxtilə öküz döyüşləri (korida) ilə məşhur olan Madridin 53 faizi parklarla örtülüdür. Krallıq Nəbatat bağı patyaxtın ən gözəl yaşıl məkanlarındandır.
Dördüncü yerdə gələn İsveçrənin paytaxtı Berndə də yaşıllıqların həcmi Madridlə eynidir – 53 faiz.
Helsinki şəhəri 213 kvadrat kilometr meşə və parkla Avropada üçüncüdür. Hələlik 62 faizi yaşıllıqla örtülü olan şəhərdə parkların həcmi ilbəil artır.
Xorvatiyanın paytaxtı Zaqrebin 74 faizi yaşıl ərazidir. Bitki örtüyünə görə şəhər Avropada ikincidir. Şəhərin ən qədim ictimai parkı olan Maksimir 1787-ci ildə salınıb.
Birinci yeri isə elektromobil sayına görə Avropa lideri olan Oslo tutur. 77 faizlik göstərici ilə Norveç paytaxtı Avropada ən “yaşıl” kapital hesab edilir.
Vüqar Yaşaroğlu
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO
Papaya elektromobil hədiyyə edildi - Bu maşın papamobil hesab edilmir - FOTO
Bakıda "Azparking" ərazisi özəlləşdirilib: Nəzarətçilər niyə göz yumur? - ŞİKAYƏT - FOTO
Azərbaycanda şəhid qızı olan gənc hakim yol qəzasında öldü; yaralı da var - FOTO
Səbaildəki eyvan təbii səbəblərdən uçub; suvaq da vurulmayıbmış - FOTO
Şəhidlər Xiyabanının qarşısında illərdir dəyişməyən mənzərə - FOTO
Nazir: Avtomobil yığmaq heç bir əlavə dəyər yaratmır - FOTO














