Avtomat sürət qutusunun yağı gec dəyişdirildikdə nə baş verir? - FOTO

Azərbaycanda sovet dövründən qalma pis bir ənənə var. Sürücülərimizin bir çoxu israr edir ki, sürət qutusunun yağını dəyişməyə ehtiyac yoxdur, ən yaxşı yağ zavodda töküləndir. Çox təəssüf ki bu fikirdə olanlar arasında soveti görməyən gənclər də çoxdur.
Avtosfer.az xəbər verir ki, hər bir istismar mayesinin işləmə müddəti və intervalı var. Müddət keçdikdə maye öz funksiyasını yerinə yetirə bilmir. Bu, transmissiya yağlarına da aiddir. Xüsusilə də, avtomat sürət qutusu kimi həssas elementdəki yağa.
.jpg)
İstehsalçı zavod avtomatik transmissiya yağının hər 30 və ya 60 min kilometrdə dəyişdirilməsini məsləhət görür. Bəzi yağı dəyişdirilməyən ötürmələr qutuları var ki, bunlar istisnadır.

Gec dəyişdirilən yağ qatılaşdığı üçün ötürmələrin dəyişməsi pisləşir, təkan hiss olunur. Bundan başqa, filtr metal yonqarı ilə dolduğu üçün buraxıcılıq qabiliyyəti aşağı düşür. Son nəticədə isə sürət qutusu kimi bahalı aqreqatın istismar müddəti azalır, təmirə ehtiyac yaranır.

Nəzərə alaq ki, avtomat sürət qutusunun əksər hissələri təmirəyararlı deyil. O ki qaldı keyfiyyətli yağ seçiminə, bu başqa xəbərin mövzusudur.
Vüqar Yaşaroğlu
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR








