Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO

Paytaxtın “Şamaxinka” kimi tanınan ərazisində yol hərəkətinin təşkili ilə bağlı alternativ yanaşmalar gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, müzakirələrdə qeyd olunur ki, əgər bu ərazidə müasir işıqfor sistemi quraşdırılarsa, həm nəqliyyatın hərəkəti, həm də piyadaların keçidi daha təhlükəsiz və nizamlı şəkildə təşkil edilə bilər.
Məlumata görə, ərazinin tam şəkildə yenidən qurulması texniki baxımdan mümkün deyil. Buna səbəb yolun altında mövcud olan tunelin yerləşməsidir. Lakin bu amil ərazidə hər hansı dəyişikliklərin aparılmasını tam istisna etmir. Mütəxəssislər hesab edirlər ki, mövcud boş sahə kiçik ictimai məkan kimi transformasiya edilə, ətraf mühitə uyğunlaşdırılmış yaşıllıq elementləri və piyada üçün rahat zonalar yaradıla bilər.
Təkliflərin əsas istiqamətlərindən biri eyni səviyyəli piyada keçidlərinin təşkili ilə bağlıdır. Bildirilir ki, yeraltı və ya yerüstü keçidlərdən istifadə hər zaman effektiv olmur və bu da piyadaların qaydaları pozaraq yoldan keçməsinə səbəb olur. Eyni səviyyəli piyada keçidləri isə həm təhlükəsizliyi artıra, həm də piyada axınını qanuni müstəviyə yönləndirə bilər.
Bununla yanaşı, işıqforların tətbiqi nəqliyyat vasitələrinin sürətinin azaldılmasına, yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsinə və ümumi hərəkət mədəniyyətinin yüksəldilməsinə töhfə verə bilər. Mütəxəssislər qeyd edirlər ki, düzgün planlaşdırılmış işıqfor sistemi tıxacların artmasına deyil, əksinə, axının daha balanslı idarə olunmasına şərait yarada bilər.
Eltac Zülfüqaroğlu

Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR








