Bakının nəqliyyat infrastrukturu necə dəyişəcək? - Baş planda belədir - FOTO

Bakıda nəzərdə tutulan tramvay şəbəkəsi ilə bağlı iki fərqli sənəd – Baş plan və dövlət proqramı çərçivəsində hazırlanmış versiya müzakirə olunur.
Avtosfer.az xəbər verir ki, planlar zahirən fərqli görünsə də, ümumi konsepsiya baxımından bir-birinə xeyli yaxındır.
Layihənin əsasını təşkil edən “şah damar” – şimal‑cənub istiqamətli xətt Azadlıq prospekti boyunca uzanır. Yeni versiyada bu xətt Binəqədidən Mehdiabada qədər davam etdirilir, növbəti mərhələdə isə Pirşağı və “Sea Breeze” istiqamətində uzadılması nəzərdə tutulur. Qeyd edək ki, Baş planda Binəqədidən Pirşağıya qədər dəmiryol xətti planlaşdırılmışdı. Yeni yanaşmada isə həmin istiqamətdə tramvay xəttinin salınması ehtimalı önə çıxır. Sıx məskunlaşmış ərazidə ağır dəmiryol xəttinin tikintisi çətin göründüyündən, alternativ kimi estakada variantı istisna edilmir.

Atatürk prospektindən “Port Baku” istiqamətinə planlaşdırılan xətt isə yeni versiyada ixtisar olunub. Maraqlıdır ki, həmin istiqamətdə metronun bənövşəyi xəttinin “B6b” stansiyasının inşası nəzərdə tutulur. Bu baxımdan, ilk iki xəttin bir-birinə alternativ olması ehtimalı vurğulanır.
Mərkəzi “Ağ Şəhər” xətti konseptual olaraq saxlanılır, lakin yeni planda “Əhmədli- Həzi Aslanov” istiqamətinə qədər uzadılması nəzərdə tutulur. Bayıl xəttində isə ciddi dəyişiklik müşahidə edilmir.
“Dərnəgül” xətti tamamilə yenilənib. Yeni plana əsasən, xətt Dövlət proqramı çərçivəsində Mehdiabad– Ziya Bünyadov prospekti–8 Noyabr prospekti boyunca çəkiləcək və yenə də “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi ilə birləşəcək.

8 Noyabr prospekti üzrə ayrıca xətt ideyası da maraqlı hesab olunur. Lakin həmin dəhlizdə metronun yaşıl xəttinin (“Xətai – Həzi Aslanov” istiqaməti) uzadılması planlaşdırılır, eyni zamanda prospekt boyunca ayrılmış zolaqla çoxsaylı avtobus marşrutları fəaliyyət göstərir. Üstəlik, nəzərdə tutulan tramvay xətti prospekti tam əhatə etməyəcək, “Həzi Aslanov” metrosundan şimala doğru hərəkət edərək “Dərnəgül” xətti ilə birləşəcək.
Beləliklə, hər iki sənəd fərqli texniki həllər təklif etsə də, məqsəd şəhər daxilində alternativ və inteqrasiya olunmuş relsli nəqliyyat şəbəkəsinin formalaşdırılmasıdır.
Eltac Zülfüqaroğlu
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR
Sovet Azərbaycanında avtomobil qiymətləri - FOTOLAR










