Bizdə avtobusa arxadan minmək qadağandır – Bəs Avropada? - FOTO

Nağdsız ödənişli avtobuslar istismara verildikdən sonra demək olar hər gün rastlaşdığımız situasiyalardan biri budur: tələsən sərnişin kartı vuraraq arxa qapıdan minmək istəyir.
“BakuBus” MMC-nın mətbuat katibi Əsmər Əliyeva da Avtosfer.az-a açıqlamasında arxa qapıdan minməyin qadağan olunduğunu bildirib.
Bəs başqa ölkələrdə vəziyyət necədir?
Avropanın əksər ölkələrində oxşar qayda mövcuddur. 2 və 3 qapılı avtobuslarda yalnız qabaqdan minməyə icazə verilir. Bir sözlə, qaydalar bizdəki kimidir.
Lakin qoşalaşmış, yəni 4 və daha çox qapısı olan avtobuslarda vəziyyət fərqlidir. Bu avtobuslarda ölkədən (bəzən də avtobusun konstruksiyasından) asılı olaraq 4-cü və ya 5-ci qapıdan da minməyə icazə verilir. Belə bir sistem sayəsində minmə və düşmə tezləşir. 150 nəfər və daha çox sərnişin tutumuna malik avtobusda birinci qapıdan minib 5-ci qapıya irəliləməyə lüzum qalmır. Eyni zamanda, sürücü ilə sərnişin arasında da konflikt baş vermir.
İritutumlu avtobuslarda gedişhaqqının ödənilməsi üçün 4-cü və ya 5-ci qapıda validator quraşdırılır. Bununla da “qabaqdan vurub arxadan minmək” zərurəti aradan qalxır. Bunu Bakıda istismar edilən qoşalaşmış avtobuslarda da tətbiq etməyin vaxtı çatıb.
Yeri gəlmişkən, qoşalaşmış avtobuslardan optimal istifadə barədə də düşünməyin vaxtı çatıb. Avropa ölkələrində onlar bir qayda olaraq pik saatlarında xəttə buraxılır. Sıxlıq azalan kimi hamısı qaraja qayıdır. Mən yaşadığım Lökbatan qəsəbəsində isə saat 23 radələrində də bəzən belə iritutumlu avtobuslara rast gəlirəm. Görəsən “BakuBus”un iqtisadçıları 10-15 nəfər sərnişinə görə həftə sonu belə böyük avtobusu xətdə saxlamağı nə ilə əsaslandırırlar?
PS. Şəkildəki sarı rəngli üçseksiyalı avtobus (tribus) Brüsseldə 22 il istismardan sonra muzeyə yerləşdirilib. Bu müddət ərzində avtobus 2,8 milyon kilometrdən çox yol qət edib. İstismar dövründə yalnız bir xətdə işləyib.
Vüqar Yaşaroğlu
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO
Papaya elektromobil hədiyyə edildi - Bu maşın papamobil hesab edilmir - FOTO
Bakıda "Azparking" ərazisi özəlləşdirilib: Nəzarətçilər niyə göz yumur? - ŞİKAYƏT - FOTO
Azərbaycanda şəhid qızı olan gənc hakim yol qəzasında öldü; yaralı da var - FOTO
Səbaildəki eyvan təbii səbəblərdən uçub; suvaq da vurulmayıbmış - FOTO
Şəhidlər Xiyabanının qarşısında illərdir dəyişməyən mənzərə - FOTO














