Bu radarların yerini əzbərləmək mümkün deyil – Azərbaycanda səmərəsi olarmı? - FOTO

Sürət rejiminin pozulması dünyada ən çox rast gəlinən inzibati xətalardandır. Qayda pozuntusu ilə mübarizədə əsas vasitə stasionar və mobil radarlardır.
Azərbaycanda olduğu kimi digər ölkələrdə də, sürücülər radarların yerini əzbər bilirlər. Stasionar radar illərlə eyni yerdə durur. Polis və jandarmın xidmət apardığı kol dibini isə bütün sürücülər tanıyır. Bəs çarə nədir?
Avtosfer.az xəbər verir ki, Fransada yeni tip mobil radarlar tətbiq olunur. Hələlik bu qurğular bir neçə departamentdə istifadə edilir (Paris bura daxil deyil).
Qurğunun iş prinsipi sadədir: özəl şirkətlərə məxsus avtomobildə radar quraşıdılır və maşın gün ərzində konkret marşrutla hərəkət edir. Avtomobildə quraşdırılan radar sürət həddini aşan nəqliyyat vasitələrinin şəklini çəkərək bazaya ötürür.
Radar avtomobilin yanında quraşdırıldığı üçün onu uzaqdan seçmək mümkün deyil. “Waze” və “Coyote” kimi tətbiqlər də onların yerini təsbit edə bilmir. Çünki maşınlar daim hərəkətdədir.
Özəl şirkətlər çox pul qazanmaq istədikləri üçün 300 belə avtomobil gecə-gündüz yollarda hərəkətdədir. Yığılan cərimələrdən şirkətlərə müəyyən məbləğ ödənilir.
Bəs belə radar Azərbaycanda nə qədər effektli ola bilər? Ölkəmiz ərazi baxımından Fransanın ən kiçik departamentindən də balacadır. Bir neçə həftə ərzində sürücülər radarların marşrutunu əzbərləyəcəklər.
Ən əsası isə, həmrəylik nümayiş etdirərək bir-birinə faralarla xəbər verəcəklər. Qısası, Fransa büdcəsinə milyonlar qazandıran qabaqcıl texnologiya bizim sürücülərlə bacara bilməyəcək.
Vüqar Yaşaroğlu
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR












