"BYD" sürücülərinə qarşı qəza tələsi: hamısı eyni yerdən əzilir - ŞOK İDDİA - FOTO

Son dövrlərdə paytaxtda baş verən yol-nəqliyyat hadisələrində "BYD" markalı avtomobillərin tez-tez iştirak etməsi diqqət çəkir. Xüsusilə bu avtomobillərin arxa hissədən vurulması müşahidə olunur. Sosial mediada yayılan iddialara görə, bu qəzalar təsadüfi deyil, məqsədli şəkildə – hətta müəyyən bir şəbəkə tərəfindən təşkil olunur.
Məlumata əsasən, "BYD" markalı avtomobillərdə baş verən qəzadan sonra avtomobilin elektron sistemi avtomatik şəkildə kilidlənir və qəza rejiminə keçir. Bu vəziyyətdən çıxmaq üçün avtomobil mütləq şəkildə xüsusi mütəxəssislərə aparılmalıdır. Hazırda Azərbaycanda bu işi görə bilən ustaların sayı məhduddur. Onlar isə sistemin kilidini açmaq üçün 400-500 manat arası pul tələb edirlər.
İddialara görə, bu qəzalar bilərəkdən törədilir. Arxadan vuran sürücü cəmi 40 manat cərimə ilə məsuliyyətdən yayına bilir, lakin zərərçəkmiş avtomobil sahibi elektron sistemin bərpası üçün yüksək məbləğ ödəməli olur. Bu da həmin ustalarla əlaqəli bir şəbəkənin fəaliyyət göstərdiyi ehtimalını artırır. Əgər qəzaları törədən sürücülər arasında müəyyən əlaqələr aşkar edilərsə, bu, hadisələrin planlı şəkildə baş verdiyini sübut edə bilər. Bu məsələni araşdırmaq isə hüquq-mühafizə orqanlarının üzərinə düşür.
Fərid




.jpg)






Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR








