"Ferrari" cəmi bir ədəd olan unikal avtomobilini nümayiş etdirdi - FOTO

"Ferrari" şirkəti özünün yeni SC40 adlı superkarını təqdim edib.
Avtosfer.az championat.com-a istinadən xəbər verir ki, bu model xüsusi sifariş əsasında, yalnız bir nüsxədə hazırlanıb.
Məlumata görə, yeni avtomobil "Ferrari 296 GTB" modeli bazasında yığılıb və şirkətin xüsusi layihələr proqramının bir hissəsidir.
Avtomobilin eksteryer dizaynı "Ferrari"nin baş dizayneri Flavio Mandzoni tərəfindən hazırlanıb. O, daha əvvəl 296 GTB, F80, "12Cilindri", "LaFerrari" kimi məşhur modellərin də müəllifidir.
"Ferrari SC40" 3.0 litrlik tvin-turbo V6 mühərrikə və 610 kVt (830 at gücü) hasil edən hibrid güc aqreqatına malikdir. Avtomobil 0-dan 100 km/saat sürətə cəmi 2.9 saniyəyə çatır, maksimal sürəti isə 330 km/saatdan artıqdır.
Hazırda bu superkarın hansı müştəri üçün istehsal edildiyi və qiymətinin nə qədər olduğu açıqlanmayıb.
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
















