"Ferrari" unikal superyaxta yaradacaq - FOTO

"Ferrari" şirkəti "Hypersail" adlı layihəsinin ilk görüntülərini dərc edib. Yeni model "yelkənli hiperkar" adlanır.
Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, bu, ən prestijli okean yarışları üçün hazırlanmış innovativ yaxtadır.
Tərtibatçılar iddia edirlər ki, "Ferrari Hypersail" dünyanın bu ölçüdə ilk yelkənli gəmisidir. Gəminin ümumi uzunluğu dirək nəzərə alınmaqla 30 metrə yaxın, hündürlüyü 40 metrə qədər olacaq.
Gəminin idarəetmə sistemi "Ferrari"nin avtoidman təcrübəsi əsasında hazırlanır. Xüsusilə qeyd olunur ki, "Hypersail" yalnız bərpa olunan enerji mənbələrindən istifadə etməklə fəaliyyət göstərəcək. Yaxtanın yanacaq mühərrikləri ilə təchiz edilməsi planlaşdırılmır. Göyərtədə günəş, külək və kinetik enerjidən istifadə olunacaq.
"Hypersail"in gələn il buraxılması planlaşdırılır.
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO













