"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO

ABŞ-də keçirilən hərracda 1962-ci il istehsalı olan məşhur "Ferrari 250 GTO" kupesi rekord məbləğə satılıb.
Avtosfer.az "Mecum" hərrac evinin saytına istinadən xəbər verir ki, nadir idman avtomobili yarış əfsanəsi olmaqla yanaşı, markanın tarixində ən bahalı model hesab olunur.
"Ferrari 250 GTO" 38.5 milyon dollara satılıb. Avtomobil 1962-1964-cü illərdə ardıcıl üç dəfə GT üzrə dünya çempionatını qazanıb. Axıcı aerodinamik formaya malik bu kupelərin yarışlarda bərabəri olmayıb. Ümumilikdə cəmi 36 ədəd belə avtomobil buraxılıb və bu gün onlar ən bahalı "Ferrari" modelləri sayılır.
Bütün "Ferrari 250 GTO" modelləri kimi, bu idman avtomobili də 3.0 litrlik, 300 at gücündə V12 mühərriki ilə təchiz olunub. 0-dan 100 km/saat sürətə 6 saniyəyə çatır və 280 km/saat maksimal sürət yığa bilir.
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR















