Kilometrajı geri çəkən avtomobil alverçisinə ömürlük cəza - FOTO

Bu hadisə Kanadanın Monreal şəhərində baş verib. Soyuq ölkənin bu fransızdilli şəhəri əsasən sakitliyi, cinayətin az olması və təhlükəsizliyi ilə seçilir. Dil baryeri olmadığı üçün livanlılar bu şəhərə daha çox maraq göstərirlər. Amma törədilən qayda pozuntuları və cinayətlərə qarşı da çox güzəştsiz davranılır.
Avtosfer.az xəbər verir ki, bu günlərdə Kanadanın İstehlakçıları Qoruma Ofisinə Livan əsilli maşın alverçisinin kilometrajı geri çəkməsi barədə şikayət daxil olub. Ofisin araşıdrması zamanı Məhəmməd Fəvazın satdığı 30 avtomobildə kilometrajı 31 000 – 210 000 kilometr geri çəkdiyi üzə çıxıb. Bundan başqa, o, alıcıların maşını başqa sevisdə yoxlatmasına imkan verməyib.
.jpg)


28 yaşlı alverçiyə ümumilikdə 20 maddə üzrə ittiham irəli sürülüb. O, 80 min dollar cərimələnib, avtomobil satmaq lisenziyası isə ömürlük ləğv edilib.
Fəvaz cərimədən yayınmaq üçün bəhanələr gətirsə də, alınmayıb. Məlum olub ki, o, yanvarda özünü müflis elan etsə də, məhkəmə bunu təsdiqləməyib. Onun arvadı cəmi 1 ay sonra 350 min dollarlıq villa alıb.
.jpg)
Kanadalı jurnalistlərin araşdırması zamanı məlum olub ki, Fəvaz 2023-cü ildə Beyrutda məşhur oliqarxın qızı Məryəm Hammudla evlənib. Toyda dövlət adamları və məşhur musiqiçilər iştirak ediblər.
Vüqar
.jpg)
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR








