Maşının yanacaq sərfiyyatını normallaşdırmaq üçün nə etmək lazımdır? – SAHİL USTA AÇIQLADI - FOTO

Yay aylarında avtomobil sahiblərinin ən çox qarşılaşdığı problemlərdən biri də yanacaq sərfiyyatının artmasıdır.
Avtosfer.az xəbər verir ki, bəzi hallarda sürücülər avtomobillərinin daha çox yanacaq işlətdiyini müşahidə etsələr də, bunun səbəblərindən tam xəbərdar olmurlar. Halbuki gündəlik sürüş vərdişlərindən tutmuş avtomobilin texniki vəziyyətinə qədər bir çox amil yanacaq sərfiyyatına birbaşa təsir göstərir.
.jpg)
Mövzu ilə bağlı avtomobil ustası Sahil Ağabəyli saytımıza yanacağ sərfiyyatına səbəb olan 6 amildən danışdı.
“1.Kondisionerin daimi işləməsi: Yay aylarında kondisionerin uzun müddət aktiv olması mühərrikə əlavə yük salır və nəticədə yanacaq sərfiyyatı artır.
2.Sürüş tərzi: Sürətin qəfil artırılması (yəni yerindən qəfil sıçrayışla forsajla hərəkətə başlamaq) yanacaq sərfini 15-20% artıra bilər. Əgər avtomobilin adi yanacaq sərfi 100 km-ə 10 litrdirsə, bu cür sürüş nəticəsində sərfiyyat 20-25 litrədək yüksələ bilər.
3.Tıxac və dayanma-hərəkət rejimi: Katastrof vəziyyətlərdə və ya uzunmüddətli tıxaclarda avtomobilin dayanıb hərəkət etməsi yanacaq sərfini xeyli artırır.
4. Texniki nasazlıqlar: Əgər avtomobilin şamları (sveçaları) və digər mühərrik hissələri uzun müddətdir dəyişdirilməyibsə və köhnəlibsə, bu da yanacaq sərfini artıran əsas amillərdəndir.
5. Təkərlərin havası: Yay aylarında təkərlərin hava təzyiqinin normadan aşağı olması mühərrikə əlavə yük salır və buna görə də yanacaq sərfiyyatı artır.
6. Yanacağın keyfiyyəti: Əgər avtomobilin istehsalçı tərəfindən tövsiyə edilən 95 oktanlı yanacaq əvəzinə 92 oktanlı yanacaq istifadə olunursa, bu həm mühərrikə zərər verə bilər, həm də sərfiyyatın artmasına səbəb ola bilər”.
Fidan
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










