“Məhəllə dizaynerlərinin” yaratdığı təhlükə - FOTO

Azərbaycan şəhərlərində ötən əsrin 50-80-ci illərində salınmış məhəllələrdə bir prinsip hər zaman gözlənilib: binaların həyətinə azı 2 giriş-çıxış mövcuddur, dalan yol yoxdur. Bu həm gündəlik həyatı, həm də fövqəladə hallarda müdaxiləni asanlaşdırır. Lakin, buna əhəmiyyət verməyənlər də tapılır.
Fotolar Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi 1 ünvanında çəkilib. Fotodan görünür ki, Sovet Azərbaycanının mühəndisləri məhəlləni salarkən binaların qarşısında avtomobil yolu qoyublar. Fasadı həyətə baxan binanın arxasından da yol keçir. Fövqəladə hal zamanı təcili yardım və ya yanğınsöndürən avtomobil binaya 4 tərəfdən yanaşa bilərdi. Amma...
Məhəllə sakinləri primitiv üsullarla binanın qarşısında avtomobillərin hərəkətinə qəsdən mane olublar. Bu maneə burada azı 10 ildir mövcuddur. Lakin sakinlərin bu qanunsuz davranışa əl atmalarının səbəbi məlum deyil. Üstəgəl, həyətdə hər addımda, dəniz iplərindən istifadə etməklə süni maneələr yaradılıb (yeri gəlmişkən, bu kəndirlərə Lökbatanın bütün məhəllələrində rast gəlinir). Maraqlıdır ki, hansısa kiçik bir iməciliyə etiraz edən, hər işi dövlətin görməli olduğunu düşünən sakinlər yollarda maneə yaratmaq lazım gəldikdə dərhal “müttəfiq olurlar”.
Bu gün xüsusi təyinatlı avtomobillərin sürücüləri də naviqatordan geniş istifadə edirlər. Naviqator isə yoldakı bu maneəni görmür. Cihaza inanaraq bu küçəyə girən təcili yardım sürücüsünün yeni yol axtarması bəlkə də hansısa xəstənin həyatla vidalaşması ilə nəticələnəcək. Yaxud, bu həyətə girən ağırtonajlı yanğınsöndürən avtomobil necə manevr edəcək?
Hansısa vətəndaş qanunsuz əməlinin yaratdığı təhlükəni qavramaya bilər. Lakin yerli özünüidarəetmə orqanları (bələdiyyə, mənzil istismar sahəsi) bunu görməyə və qarşısını almağa borcludur. Bu “şedevrlər” onları quraşdıranların hesabına sökülməlidir ki, bir daha təkrarlanmasın.
Vüqar Yaşaroğlu
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO












