Niyə elektromobillərdə sürət qutusu yoxdur? - FOTO

İstər günü-gündən artan elektromobillərdə, istərsə də vaxtilə Bakıda mövcud olmuş trolleybuslarda belə bir maraqlı fakt var: bu nəqliyyat vasitələrinin heç birində sürət qutusu yoxdur. Bəs səbəb nədir?
Avtosfer.az xəbər verir ki, elektrik nəqliyyatı ərsəyə gəldikdən bəri onlarda ötürmələr qutusu demək olar mövcud olmayıb. Halbuki, ənənəvi avtomobillərdə sürət qutusunda ötürmələr sayı ilbəil artır. İstər mexaniki, istərsə də avtomat transmissiyada. Bu fərqi yaradan amil nədir?
Elektrik mühərriki daha geniş diapazonda işləyə bilir, dövrlər sayı çoxdur. Bu mühərrik ən kiçik dövrdə belə yüksək fırlanma anı yarada bilir, böyük dövrlərdə də səssiz işləyir. Elektrik mühərriki təkərə maksimum yaxın yerləşdiyi üçün burada kardan valı, yarımox kimi uzun, vibrasiya və güc itkisi yaradan detallara lüzum qalmır.

Ən əsası isə, ötürmələr qutusunu tətbiq etməklə elektrik sərfiyyatı ciddi şəkildə azalmır, tam əksinə konstruksiya mürəkkəbləşir, maya dəyəri artır. Cəmi 1 ötürmə ilə elektromobilə 150 km/saat sürət vermək mümkündür. Benzin mühərrikdə isə bunun üçün 5 ötürmə tələb olunur. Çünki daxiliyanma mühərrikinin iş diapazonu aşağıdır. Mühərrikin optimal işi üçün ötürmənin vaxtaşırı dəyişməsi zəruridir.
Bu göstərilənlər elektromobildə ötürmələr qutusunun heç bir zaman mövcud olmaması anlamına gəlmir. 200 km/saatdan yuxarı hərəkət etmək üçün bu texnikaya ötürmələr qutusu vacibdir. Bu da lüks kateqoriyalı modellər üçündür.
Vüqar
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO











