Taksidə yerli avtomobillərdən istifadənin KOREYA modeli - FOTO

Azərbaycanda tez-tez taksi xidmətinə yerli istehsal olan avtomobillərin cəlb edilməsi təklifi səslənir. Doğrudur, artıq bu sahədə təcrübə formalaşıb.
Yeri istehsal olan “Khazar” və “Chevrolet”lər taksidə kifayət qədər geniş yayılıb. Bəs başqa ölkələrdə, məsələn Cənubi Koreyada vəziyyət necədir?
Avtosfer.az xəbər verir ki, Koreyada taksi parkı demək olar bütövlüklə yerli istehsaldan təşkil edilib. İstər ekonom, istərsə də biznes sinfi üçün yerli modellər istifadə olunur. Xaricdə istehsal edilmiş taksiyə Seulda nadir hallarda rast gəlmək mümkündür.
Hüquqi baxımdan taksi parkının xaricdən maşın gətirməsinə məhdudiyyət yoxdur. Lakin, iqtisadi baxımdan yerli maşın daha sərfəlidir. Ehtiyat hissələri və xidmət haqqı ucuzdur. Həm də yerli taksi xidmətləri üçün sadə konfiqurasiyalı və möhkəm maşınlar istehsal edilir. Bu modellər bir qayda olaraq nə ixrac edilir, nə də fiziki şəxslərə satılır.
Doğrudur, Seul küçələrində “Audi”, “Mercedes” və digər Qərb modellərini görmək az da olsa mümkündür. Bu maşınlardan bir qayda olaraq yüksək vəzifəli dövlət adamları istifadə edirlər.
Vüqar Yaşaroğlu
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO













