Türkiyədəki Azərbaycan məhəlləsinin memarlıq üslubu gündəm oldu - FOTO

Azərbaycanın Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən sonra saldığı yeni məhəllə həm memarlıq baxımından, həm də humanitar dəstək baxımından diqqət çəkir. Məhəllə müasir standartlara uyğun planlaşdırılıb və zəlzələdən zərər görmüş sakinlər üçün təhlükəsiz, rahat yaşayış şəraiti təmin edir.
Avtosfer.az xəbər verir ki, layihə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilib. Prezidentin göstərişi ilə inşa olunan bu yaşayış kompleksi, həmçinin regionda humanitar yardımı, həm də müasir memarlıq nümunəsini bir araya gətirir.
Məhəllənin memarlıq həlli geniş işıqlı otaqlar, dayanıqlı və ekoloji uyğun material seçimi ilə seçilir. Küçələr, park və istirahət sahələri sakinlərin gündəlik ehtiyaclarına uyğun olaraq dizayn olunub. Ekspertlər bildirirlər ki, layihə həm təhlükəsizlik, həm də estetik baxımdan nümunəvi hesab olunur.
Azərbaycanın təşəbbüsü yalnız zərər çəkmiş əhaliyə dəstək olmaqla kifayətlənmir, eyni zamanda regionda müasir yaşayış standartlarını təqdim edir. Bu ilin yay aylarında açılışı olan “Azərbaycan məhəlləsi”nin bütövlükdə memarlıq üslubu və görünüşü artıq bir neçə gündür ki, dünyanın gündəminə çevrilib. Artıq bəzi ölkələrdə Azərbaycanın şəhərsalma texnikası və Türkiyə vətəndaşları üçün bu cür can yandırması medianın əsas müzakirə mövzusu olub.
Eltac Zülfüqaroğlu
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR
Bakının nəqliyyat infrastrukturu necə dəyişəcək? - Baş planda belədir - FOTO
Bu 7 naziri nə birləşdirir? - Maraqlı MƏLUMATLAR
Avtomobil mövzusunda qeyri-adi nominallı sikkə - FOTO
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - ANBAAN VİDEO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO














