Yüksək sürət və sərt manevr ağır qəzaya səbəb oldu; sürücü öldü, 3 yaralı var - FOTO

Dünən Xaçmaz rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı məlumat yaymışdıq.
Avtosfer.az xəbər verir ki, qəza ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib:
2025-ci ilin may ayının 4-də Xaçmaz rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub, üç nəfər isə xəsarət alıb.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Tərlan Əlifxan oğlu Həsənbəyovun idarə etdiyi “Toyota” markalı, 10-TY-848 dövlət qeydiyyat nişanlı avtomobil rayonun Lecət kəndi istiqamətində hərəkətdə olarkən yüksək sürət və kəskin manevr etmə səbəbindən yoldan çıxaraq aşıb.
Nəticədə sürücü həyatını itirib.
Hadisədə xəsarət alan sərnişinlərlə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki, hazırda xəsarət alan 1965-ci il təvəllüdlü (qadın cinsli), 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxslərə zəruri tibbi yardım göstərilir və onların müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir:

"1962-ci il təvəllüdlü (kişi cinsli) şəxs Qusar rayonunda yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunub.
Göstərilən bütün reanimasiya tədbirlərinə baxmayaraq 1984-cü il təvəllüdlü (kişi cinsli) şəxsin 19:20 radələrində ölüm faktı qeydə alınıb".
Düşdüyü qəzada atasını da itirən bir azyaşlı üçün bərpası mümkün olmayan itkilərə yol açan bu hadisə sükan arxasında verilən yanlış qərarların hansı faciələrə səbəb olduğunu növbəti dəfə nümayiş etdirir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özlərinin və doğmalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır!
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev öz sosial şəbəkə hesabında paylaşım edib:

"Bu, bir statistika yox, bir ailənin faciəsidir.
Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edir:
-Sükan arxasında yalnız özünüzün deyil, ailənizin də taleyinə cavabdehsiniz.
-Səfərə çıxmazdan əvvəl mütləq istirahət edin, avtomobilin texniki vəziyyətini yoxlayın.
-Sürətə yox, təhlükəsizliyə üstünlük verin.
-Uşaqlar üçün təhlükəsizlik kəməri həyat qədər vacibdir.
Bir ailəni yol deyil, ehtiyatsızlıq məhv etdi.
Sizin ailəniz növbəti olmasın!!!"
Səfər
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR
Bakının nəqliyyat infrastrukturu necə dəyişəcək? - Baş planda belədir - FOTO
Bu 7 naziri nə birləşdirir? - Maraqlı MƏLUMATLAR
Avtomobil mövzusunda qeyri-adi nominallı sikkə - FOTO
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - ANBAAN VİDEO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO










