"Bolt" “Pony.ai” və “Stellantis” ilə birgə sürücüsüz nəqliyyat sınaqlarına başlayır – AÇIQLAMA - VİDEO

Avropanın aparıcı mobillik platforması “Bolt” avtonom idarəetmə texnologiyaları sahəsində qlobal lider “Pony.ai” və dünyanın aparıcı avtomobil istehsalçılarından biri olan “Stellantis” Lüksemburqda avtonom mobillik üzrə pilot sınaq proqramının başladığını elan ediblər.
Bu barədə nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı məlumat verib. O qeyd edib ki, bu, “Bolt”un ilk avtonom mobillik pilot layihəsidir və şirkətin müxtəlif texnologiya tərəfdaşları ilə birlikdə Avropa şəhərlərində avtonom mobillik xidmətlərini genişləndirmək məqsədində növbəti mühüm mərhələ hesab olunur.
“”Stellantis” üçün isə bu təşəbbüs şirkətin Avropadakı tərəfdaş ekosisteminin genişləndiyini nümayiş etdirir və “L4-Ready Platform™” əsasında qurulan qlobal sürücüsüz mobillik strategiyasını daha da irəli aparır.
Proqram “Pony.ai” şirkətinin yeddinci nəsil (Gen-7) avtonom nəqliyyat vasitələrinin təhlükəsizlik, performans və normativ tələblərə uyğunluğunun Lüksemburqun real yol hərəkəti şəraitində qiymətləndirilməsinə yönələcək. Bu proses ölkənin avtonom mobillik texnologiyalarının sınaqlarına açıq və innovativ yanaşması ilə dəstəklənəcək. “Stellantis” isə “L4-Ready Platform™” əsasında hazırlanmış orta ölçülü furqon təqdim etməklə mühəndislik və istehsalat sahəsindəki təcrübəsini layihəyə töhfə verəcək.
Tərəfdaşlar hazırda “Living Lab” pilot layihəsinin həyata keçirilməsi üçün hazırlıq işləri aparırlar. Pilot proqram şəhər şəraitində təhlükəsiz avtonom mobilliyin təmin olunması üçün zəruri olan texnologiya və əməliyyat proseslərinin sınaqdan keçirilməsini nəzərdə tutur. Buraya nəqliyyat vasitələrinin istifadəyə verilməsi, ride-hailing platforması ilə inteqrasiyası, donanmanın idarə olunması və tənzimləyici qurumlarla koordinasiya daxildir.
Pilot proqram “Stellantis”, “Pony.ai” və “Bolt” arasında daha əvvəl elan edilmiş əməkdaşlıqların
davamı olaraq Avropada avtonom mobillik həllərinin inkişafı və tətbiqini sürətləndirməyi hədəfləyir. Şirkətlər proqramın sonunda tam sürücüsüz istismara hazırlıq səviyyəsinə çatmağı planlaşdırırlar.
Layihə tərəfdaşların aşağıdakı üstünlüklərini bir araya gətirir:
“Bolt-un” “ride-hailing” (mobil tətbiq vasitəsilə nəqliyyat sifariş etməsinə imkan verən xidmət növü) platforması və bazar təcrübəsi;
“Stellantis”in “L4-Ready Platform™” həlləri, eləcə də mühəndislik və istehsalat imkanları;
“Pony.ai” şirkətinin avtonom idarəetmə texnologiyaları və əməliyyat təcrübəsi.
“Bolt”un təsisçisi və baş icraçı direktoru Markus Villig müsahibəsində bildirib ki, avtonom mobillik texnologiyaları artıq bütün dünyada nəqliyyat sektorunu dəyişir.
“Qlobal miqyasda rəqabət aparan yeganə müstəqil və Avropa mənşəli ride-hailing platforması olaraq biz bu inqilabi texnologiyanın Avropada geniş tətbiqinin önündə olmaq istəyirik. Lüksemburqun bu texnologiyanın sınaqlarına mütərəqqi yanaşmasını yüksək qiymətləndiririk və Avropadakı tərəfdaşımız Stellantis, eləcə də proqram təminatı sahəsində qlobal lider Pony.ai ilə gələcəkdə yeni pilot layihələr həyata keçirməkdən məmnunuq”.
Elməddin Muradlı sonda onu da qeyd edib ki, Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqinə başlanması üçün qanunvericilik bazasının formalaşması vacibdir və yalnız bundan sonra “Bolt”un Avropada tətbqi etdiyi sürücülük nəqliyyat vasitələrindən ölkəmizdə də istifadə olunması mümkün olacaq.
Səfər
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO
“Gözüyumulu” ötmə edən sürücü qəzadan son anda yayındı - VİDEO
“Bolt”a daxil olan şikayətləri “Müştəri Dəstəyi” komandası necə araşdırır? – AÇIQLAMA - VİDEO











