Banner

Bakıda ödənişli zonalara giriş və tarif qaydası necə olacaq? - TƏHLİL - VİDEO

Avtosfer TV 23 Noyabr 2026 12:00
Bakıda ödənişli zonalara giriş və tarif qaydası necə olacaq? - TƏHLİL - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakıda tətbiqi nəzərdə tutulan ödənişli zonaların əhatə edəcəyi ərazilər və ödəniş mexanizmi ilə bağlı bəzi detallar açıqlanıb. Yeni sistemin əsasən nəqliyyat sıxlığının yüksək olduğu mərkəzi, tarixi tikililərin yerləşdiyi və işgüzar əraziləri əhatə etməsi planlaşdırılır.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov bu barədə fikirlərini bölüşüb.

Ekspert bildirib ki, hazırda ödənişli zonaların xəritəsi hazırlanır. Ərazilərin müəyyənləşdirilməsi zamanı nəqliyyat sıxlığı, şəhərin tarixi-memarlıq xüsusiyyətləri və işgüzar aktivlik nəzərə alınacaq.

Onun sözlərinə görə, ödəniş tarifləri sabit olmayacaq. Qiymətlər günün saatlarından və nəqliyyat intensivliyindən asılı olaraq diferensiallaşdırılacaq. Eyni zamanda, güzəştli kateqoriyalara aid şəxslər və həmin ərazilərdə yaşayan sakinlər üçün xüsusi tariflərin tətbiqi nəzərdə tutulur.

Eldəniz Cəfərov qeyd edib ki, ödənişli zonalardan əldə edilən vəsait ictimai nəqliyyatın inkişafına yönəldiləcək. Bu yanaşma şəxsi avtomobillərdən istifadənin tənzimlənməsi ilə yanaşı, alternativ nəqliyyat vasitələrinin cəlbediciliyinin artırılmasına da xidmət edə bilər.

Sistem şlaqbaumlar quraşdırılmadan fəaliyyət göstərəcək. Bunun üçün ərazilərin giriş və çıxışlarında avtomobillərin dövlət qeydiyyat nişanlarını tanıyan kameralar yerləşdiriləcək.

Ödənişin mobil tətbiq vasitəsilə avtomatik həyata keçirilməsi, yaxud zonaya daxil olduqdan sonra 24 saat ərzində onlayn kanallar vasitəsilə edilməsi nəzərdə tutulur.

Beləliklə, yeni mexanizmin tətbiqi ilə paytaxtın mərkəzi ərazilərində avtomobil hərəkətinin tənzimlənməsi, nəqliyyat sıxlığının azaldılması və ictimai nəqliyyatın inkişafı hədəflənir.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://bax.tv/avto-moto-xeberler/bakida-odenisli-zonalara-giris-ve-tarif-qaydasi-nece-olacaq-229122

 

 

Oxunub : 276
ŞƏRH YAZ
Ad

E-mail

Şərh