Dörd sürücüyə görə şəhərin girişində sıxlıq yarandı - Tuneldə qəza - VİDEO

Bakıda qəzaya düşən sürücülər yolda sıxlığa səbəb olublar. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 9-da paytaxtın Moskva prospektində (şəhərin şimal girişində) baş verib. Ara məsafəsi saxlamayan sürücülər bir birinə toxunaraq yüngül yol nəqliyyat hadisəsinə səbəb olublar. Videogörüntüdən də aydın şəkildə görünür ki, avtomobillərə ciddi ziyan dəyməyib və xəsarət alan yoxdur. Lakin buna baxmayaraq onlar polislə sığortanı qəza baş verən nöqtədə gözləyiblər. Bu zaman sıxlığa səbəb olaraq digər sürücülərin hərəkətinə maneə yaradıblar.
Dəfələrlə qeyd etmişik ki, baş verən yüngül qəzalarda yolun ortasında gözləməyə ehtiyac yoxdur. Sürücülərə tövsiyə edirik ki, belə qəzalar baş verən zaman yolun kənarında dayanaraq prosedura uyğun hərəkət etsinlər. Əksər sürücülərin yaddaşında qalmış yanlış bir düşüncə var ki, qəza olan zaman maşınları yerindən tərpətmək olmaz. Qəza zamanı günahın hansı sürücüdə olması məlumdursa, hətta onların yolun kənarında dayanmasına da ehtiyac yoxdur. Birbaşa Dövlət Yol Polisi İdarəsinə gedərək bunu rəsmiləşdirməlidirlər.
Fərid
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












