Gəncədə döngəyə sərt girən sürücü qəza törətdi - ANBAAN VİDEO

Gəncə şəhəri, Səməd Vurğun küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, “Chevrolet Cruze” markalı avtomobil “KIA” markalı maşınla toqquşub.
Kadrdan göründüyü kimi, “Chevrolet”in sürücüsü döngəyə yüksək sürətlə və sərt daxil olur, nəticədə qarşı istiqamətdən gələn avtomobilə çırpılır. Zərbənin təsirindən “KIA” bordürə dəyərək istiqamətini dəyişib. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, xəsarət alan olmayıb.
Qeyd edək ki, döngələrə yüksək sürətlə daxil olmaq ən təhlükəli manevrlərdən biridir. Belə hallarda avtomobilin idarəetmədən çıxması və qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşma riski artır. Sürücülər bu cür halların qarşısını almaq üçün döngələrə daxil olarkən sürəti azaltmalı və yol şəraitinə uyğun hərəkət etməlidirlər.
Nərmin
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO












