“Olimpik Star”ın qarşısındakı çuxur qəzaya şərait yaratdı - ANBAAN VİDEO

Paytaxtın hələ də bəzi küçə və prospektlərində yolların təmirsiz olması, yaxud standartlara cavab verməməsi tez-tez həmin ərazilərdə qəzalara səbəb olur.
Avtosfer.az xəbər verir ki, Bakının Nərimanov rayonunda bir müddət əvvəl aparılan təmir işlərindən sonra yoldakı vəziyyət bərpa edilməyib.
Belə ki, rayonun Yusif Vəzir Çəmənzəminli küçəsinin “Olimpik Star”ın qarşısındakı hissəsində aylar əvvəl təmir işləri həyata keçirilib. Daha sonra asfalt örtüyündə açılan çökəyin üzərinə çınqıl tökülüb. Yolda hərəkət edən avtomobillərin sahibləri məhz bu əraziyə yaxınlaşdıqları vaxt maşınlarına ziyan dəyməsin deyə zolaqlarını dəyişməli olurlar. Əks zolağa çıxmağa məcbur qalan sürücülər qarşıdan gələn avtomobillərin də hərəkətinə maneə yaradır.
Ərazidə çəkiliş aparan əməkdaşımız deyir ki, yağışlı hava və avtomobillərin qazılan çuxura düşməsi, qəfil tormozlaması və manevr etməsi səbəbləri ilə çuxura tökülən çınqıl çökür və çuxur daha çox dərinləşir. Bu səbəbdən bəzi hallarda avtomobillər üçün qəza vəziyyəti də yaranır.
Əməkdaşımızın Yusif Vəzir Çəmənzəminli küçəsindən çəkdiyi həmin videonu sizə təqdim edirik:
Səfər
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












