Prospektdə ardıcıl təhlükə yaradan sürücü təhqir də etdi - VİDEO

Paytaxtın Moskva prospektində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb.
Hadisə ilə bağlı görüntülər Avtosfer.az-ın “WhatsApp” nömrəsinə izləyicilərdən biri tərəfindən göndərilib. Hadisə mayın 20-də gecə saatlarında qeydə alınıb.
Şikayətçinin bildirdiyinə əsasən, 90-NB-750 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü ən sol zolaqda hərəkət etməsinə baxmayaraq icazə verilən sürətdən aşağı templə nəqliyyat vasitəsini idarə edib. Bu səbəbdən digər sürücü dəfələrlə ona xəbərdarlıq edərək zolağın boşaldılmasını işarə edib.
Bir müddət sonra “Hyundai” sürücüsü sağ zolağa manevr etsə də, dərhal yenidən sol zolağa qayıdaraq görüntünü qeydə alan avtomobil üçün qəza şəraiti yaradıb. Kadrlarda sürücünün əlini avtomobilin pəncərəsindən çıxararaq təhqiredici ifadələr işlətdiyi də iddia olunur.
Bundan əlavə, o, tunelə daxil olarkən bütöv xəttin tələbini pozaraq qayda pozuntusunu davam etdirib və növbəti dəfə təhlükəli vəziyyət yaradıb.
Nərmin
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












