“Range Rover” sürücüsündən təhlükəli hərəkət: Maşını qapısı açıq sürdü - 90-AZ-173 - VİDEO

Paytaxtın Xətai prospekti və Yusif Səfərov küçəsində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, 90-AZ-173 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü avtomobili sürücü qapısı açıq vəziyyətdə idarə edib. Görüntülərdən aydın olur ki, sürücü hərəkət etdiyi müddətdə bir əlini sükan çənbərində saxlayıb, digər əli ilə isə açıq qalan qapını tutaraq yoluna davam edib. O, xeyli məsafəni bu şəkildə qət edib.
Bu cür hərəkət sürücünün nəqliyyat vasitəsinə tam nəzarət etməsini çətinləşdirir və gözlənilməz vəziyyət yarandıqda operativ reaksiya vermək imkanını azaldır. Eyni zamanda, açıq qapı həm digər avtomobillər, həm də piyadalar üçün əlavə təhlükə yarada bilər.
Qeyd edək ki, qanunvericiliyə əsasən, sürücü nəqliyyat vasitəsini yalnız hərəkətin təhlükəsizliyini təmin edəcək qaydada idarə etməlidir. Sükan arxasında diqqəti yayındıran və avtomobilə tam nəzarəti məhdudlaşdıran bu cür davranışlar təhlükəsizliyi ciddi risk altına salır.
Nərmin
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












