Sağ zolaq boş ola-ola solda "dirəşən" sürücülərin görüntüləri yayıldı - NİİM-dən VİDEO

"Yol hərəkəti haqqında" Qanunun 49-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri normal hərəkət zamanı vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 (avtomagistral) və ya 5.3 (avtomobil yolu) nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır".
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin zolaqlarda hərəkətlə bağlı sürücülərə müraciətində bildirilir. "Ancaq təəssüflər olsun ki, paytaxt yollarında sağ zolaq boş olduğu halda sol zolaqda hərəkət edən bir çox sürücülərə rast gəlinir. Bununla yanaşı, nəqliyyat vasitələrinin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı bəzi sürücülərin faraların uzaq işıqlarını ardıcıl şəkildə yandırıb-söndürərək yol tələb etməsi, nəqliyyat vasitəsini sürətlə sürməsi və düzgün ara məsafəsi saxlamaması halları da tez-tez müşahidə edilir. Belə hallar daha çox paytaxtın üç və daha çox hərəkət zolağı olan - Aeroport şosesi, Heydər Əliyev, Ziya Bünyadov prospektləri, Bakı-Sumqayıt şosesi və digər əsas yollarında olur.
Bununla mənzil başına daha tez çatacaqlarını düşünən belə sürücülər radara yaxınlaşdıqda qəfil sürəti azaltmaqla yanaşı, düzgün ara məsafəsi saxlamadıqlarından qəzalar baş verir. Eyni zamanda sürücülərin bu cür davranışları həmin zolaqda hərəkətdə olan digər sürücüləri təşvişə salır, onlar qəfil manevrlər etmək məcburiyyətində qalırlar. Bu tip sürücülər nədənsə elə düşünürlər ki, sol zolaqda hərəkət edən digər sürücülər onlara mütləq yol vermək məcburiyyətindədir.
Lakin Qanunda qeyd olunub ki, yalnız operativ nəqliyyat vasitələri üstün keçid hüququna malikdir və onlar yaxınlaşdığı zaman zolağın boşaldılması tələb olunur. Hətta bu nəqliyyat vasitələri üstün hərəkət rejimindən istifadə edərkən xüsusi işıq və səs siqnallarını qoşmalıdır. Digər sürücülərin isə belə bir üstünlük hüququ yoxdur", - qeyd olunur.
Əlavə edilir ki, qanunun tələbinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri intensiv hərəkət vaxtı yalnız sola və ya sağa dönmək, ötməyə hazırlaşmaq, hərəkəti düzünə istiqamətdə davam etdirmək, dayanacağa və ya duracağa çıxmaq üçün olduqları hərəkət zolağını qaydalara əməl etməklə dəyişə bilərlər.
"DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə yollarda hərəkət edərkən sağ zolaqlara üstünlük vermələrini, zəruri hallar üçün sol zolaqları boş saxlamalarını tövsiyə edir", - deyə müraciətdə vurğulanır.
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO
“Gözüyumulu” ötmə edən sürücü qəzadan son anda yayındı - VİDEO
“Bolt”a daxil olan şikayətləri “Müştəri Dəstəyi” komandası necə araşdırır? – AÇIQLAMA - VİDEO











