Şəhərin mərkəzində geri manevr edən “Prius” “BYD” ilə toqquşdu - VİDEO

Sürücülərin geri manevr zamanı diqqətsizliyi yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Yol Hərəkəti haqqında qanunun 42-ci maddəsinin 13-cü hissəsinə əsasən, geri hərəkət sürücülər üçün xüsusi diqqət tələb edən manevrdir. Maddənin tələbinə görə, geri manevr etməzdən əvvəl sürücü arxada və yanlarda piyadalar, velosipedçilər və digər nəqliyyat vasitələrinin olmadığından əmin olmalıdır. Hərəkətin əvvəlcədən siqnal verilməklə digər sürücülərə və piyadalara xəbərdar edilməsi vacibdir. Eyni zamanda geri hərəkət zamanı sürət minimuma endirilməli, tələsik və ani manevrlərdən çəkinilməlidir. Maneəsiz və təhlükəsiz ərazilərdə geri manevr həyata keçirilməlidir. Dar küçələrdə və sıx nəqliyyat zonalarında daha ehtiyatlı olmaq tələb olunur. Maddəyə uyğun olaraq, əgər sürücünün öz görmə qabiliyyəti ilə təhlükəsiz manevr etmək mümkün deyilsə, zərurət yarandıqda digər şəxslərin köməyindən istifadə etmək olar.
Paytaxtın Səbail rayonu, Rəsul Rza küçəsində baş vermiş yol qəzası işıqlandırdığımız məsələni əyani şəkildə göstərir.
Avtosfer.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. “Toyota Prius” markalı maşın, “BYD” markalı avtomobillə toqquşub. Videodan görünür ki, “Toyota” sürücüsü geriyə manevr etdiyi zaman arxada dayanmış maşına diqqət yetirməyib və qəza qaçılmaz olub. Hadisədən sonra sürücülər arasında kiçik mübahisə yaşanıb.
Qanunun tələblərinə əməl etməyən sürücülər həm öz təhlükəsizliyini, həm də başqalarının həyatını riskə atır. Geri manevr zamanı diqqətli olmaq və qaydalara riayət etmək yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün vacibdir.
Nərmin
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO












