“Sürücülərə 5 fərqli starter təklif edirlər” – Avtoekspert saxta ehtiyat hissələrindən danışdı - VİDEO

Avtomobil sahəsində tez-tez qarşılaşılan əsas problemlərdən biri ehtiyat hissələrinin uyğunsuzluğu və bu sahədə vahid kataloqun olmamasıdır. Bəzi hallarda eyni model avtomobil üçün bir neçə fərqli ehtiyat hissəsinin göstərilməsi ustalar və sürücülər üçün çaşqınlıq yaradır.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı avtomobil eksperti Şahin Göyləroğlu bu məsələyə münasibət bildirib.
Ekspertin sözlərinə görə, eyni avtomobil üçün bir neçə fərqli starterin göstərilməsi və orijinal kodla gələn hissələrin uyğun gəlməməsi bu sahədəki sistemsizliyin nəticəsidir: “Bir avtomobil üçün bəzən beş fərqli starter göstərilir. Orijinal kodla gələn hissə belə uyğun gəlmir. Əgər bir avtomobilin xidmətində ardıcıl kataloq yoxdursa, bu çox müşkül məsələdir və nəticədə sürücülər üçün ciddi çətinlik yaradır”, – deyə Şahin Göyləroğlu bildirib.
O əlavə edib ki, avtomobil üçün düzgün ehtiyat hissələri bazası və kataloq yaratmaq son dərəcə mürəkkəb prosesdir: “Avtomobil üçün kataloq hazırlamaq və məlumat bazası qurmaq elə də asan deyil. Bunu təkcə fərdlər deyil, bəzi dövlətlər belə tam şəkildə bacarmır. Məsələn, Çin kimi güclü avtomobil sənayesinə malik bir ölkə belə bu sistemi sabit şəkildə formalaşdıra bilməyib.”
Ekspert, həmçinin, vurğulayıb ki, Rusiyada bu proses Azərbaycana nisbətən daha sürətlə inkişaf edir: “Rusiyanın illik avtomobil ehtiyat hissələri idxalı Azərbaycanın bəlkə də 15 illik idxalına bərabərdir. Buna görə də orada sistem bizdən 15-20 dəfə daha sürətli formalaşır.”
Şahin Göyləroğlu sonda qeyd edib ki, sürücülər və ustalar bu məsələdə daha səbirli və diqqətli olmalıdırlar: “Bəzən insanlar elə bilirlər ki, avtomobili idarə etdikləri üçün hər şeyi bilirlər, amma bu belə deyil. Ehtiyat hissəsi satanlar və ustalar da hər zaman hər şeyi bilmir. Buna görə diqqətli olmaq lazımdır”.
Eltac Zülfüqaroğlu
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












