Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO

Son günlər sürücülərin pozduğu qaydaların nəticələri ağır qəzalar olur. Hətta ötən həftə İstər bölgələrdə, istərsə də paytaxt küçələrində baş verən qəzalarda həm xəsarət alanlar və ölənlər oldu.
Avtosfer.az xəbər verir ki, yaxın günlərdə Nəsimi rayonunda baş verən qəza da sürücülərin yol verdiyi qayda pozuntusu səbəbilə yaranıb. Belə ki, rayonun Vaqif prospekti ilə Xan Şuşinski küçəsinin kəsişməsində “Prius” markalı maşınla, taksi minik avtomobili toqquşub. Baş verən qəzanı şərh edən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sürücülər nizamlanmayan yolayırcında daha diqqətli olmalı və qaydalara əməl etməlidirlər.

“Çoxları taksi sürücüsünün xətası ucbatından bu qəzanın baş verdiyini bildirir. Lakin biz videonun əvvəlinə diqqətlə baxsaq, hadisənin əslində hansı səbəbdən baş verdiyini görərik. Belə ki, Vaqif prospekti ilə 2-ci zolaqda hərəkət edən “Prius” anidən 1-ci zolağa keçir və digər zolaqlardakı nəqliyyat vasitələrinin dayandığını gördüyü halda sürəti endirmədən yolayrıcına daxil olur. Xan Şuşinski küçəsində hərəkət edən taksi avtomobili isə prospektdə piyadanın yolu keçməsi səbəbilə hərəkəti dayandığını görür, yolayrıcına daxil olur. “Prius” sürücüsünün digər bir səhvi isə Vaqif prospektinin 1-ci zolağında məcburedici sola işarəsi çəkilib. Sürücünün yolayrıcındakı hərəkətinə diqqət edin, o isə düzünə irəliləməyə cəhd edirmiş. Doğrudur, burada asfaltdakı ox silinib, bu yol hərəkətində təhlükəsizliyə cavabdeh qurumun məsuliyyətsizliyinin nəticəsidir. Əslində bu qəza niyə baş verdi? Çoxu bildirəcək ki, piyadaya görə baş verdi.
“Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinə əsasən, eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməlidir. Amma taksi sürücüsü Vaqif prospektinin 1-ci zolağına “Prius”un qəfil döndüyünü görmür və buna görə yolayrıcına daxil olur”.
Elməddin Muradlının qəzanı daha detallı izah etdiyi həmin videonu təqdim edirik:
Səfər
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? - Son görüntülər - VİDEO
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan GÖRÜNTÜLƏRİ - VİDEO
Məşhur Formula 1 pilotu Bakıda skuter sürdü - VİDEO












