70-iilik Hudson kupesi 638 at qüvvəli mühərrikə sahib olub - FOTO

Kaliforniyada yerləşən Icon atelyesi Montereydə keçirilən Avtomobil həftəsində bərpa edilmiş və təkmilləşdirilmiş 1949-cu ilin Hudson kupesini nümayiş etdirib. 70 illik yaşı olan qara rəngli Hudson kupesi Tennessi ştatındakı qarajların birində baxımsız şəkildə aşkar edilib.
Avtomobilin yeni sahibi nadir avtomobili metal qırıntısına verməkdənsə, onu bərpa edərək restomoda çevirmək qərarına gəlib. O, arzusunu yerinə yeritmək üçün daimi müştərisi olan Icon atelyesinə müraciət edib.
Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, kaliforniyalılar avtomobili Chevrolet Corvette modelinin 6,2-litrlik kompressorlu V8 mühərriki və dördpilləli avtomatik ötürmələr qutusu ilə təchiz ediblər. Ötürmə arxa çəkişli qalsa da, avtomobilin arxaik bütöv arxa körpüsü müasir müstəqil asqı ilə əvəzlənib. Bundan başqa, kupe müasir Brembo əyləc mexanizmlərinə də sahib olub. Ön rama alıtlığı isə, yeni mühərrikə uyğun olaraq yenidən hazırlanıb.
Hudson modeli həmçinin, heyranedici interyerə də sahib olub. Kupenin salonu əllə rəngləniş timsah və dana dərisi ilə üzlənib. Salon döşməsi və ayaqaltılar əsl yundan hazırlanmış material ilə örtülüb. Dəstəklər yenidən alüminiumdan hazırlanmış, işıqlandırma lampaları isə işıqdiodları ilə əvəz edilmişdir. Əlavə olaraq, kondisioner də quraşdırılmışdır.
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?


























