ABŞ Avropa İttifaqından avtomobil idxalına gömrük rüsumlarının tətbiqini təxirə salacaq

ABŞ prezidenti Donald Trampın bu həftə Avropa İttifaqından (Aİ) idxal edilən avtomobillərə gömrük rüsumlarının tətbiqi barədə qərarını təxirə saldığını açıqlayacağı gözlənilir. Avtosfer.az xəbər veriri ki, “Report” bu barədə “Politico” nəşrinə istinadən xəbər verir.
Mötəbər mənbə bu qərarın daha 6 ay müddətinə təxirə salınacağını, bununla belə ticarət və rüsumlarla bağlı D.Trampın yekun qərarlarının daima müəmmalı olduğunu qeyd edib.
Xatırladaq ki, ABŞ prezidenti Avropa istehsalı olan avtomobillərə rüsum tətbiq edə biləcəklərini hələ bu ilin fevral ayında bildirmişdi. Avropa Komissiyası da belə bir addım atılarsa, cavab olaraq 20 milyard dollarlıq ABŞ mallarına əlavə rüsum tətbiq edəcəklərini açıqlamışdı.
Bu ilin may ayında isə ABŞ prezidenti Aİ və Yaponiya avtomobillərinə rüsum tətbiqini 6 ay təxirə saldıqlarını açıqlamışdı. Bu müddət noyabrın 13-də başa çatır.
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI












