Akkumulyatorun ömrünü qısaldan YAY SƏHVLƏRİ

Yay fəslində avtomobil akkumulyatorunun daha uzunömürlü olacağı düşünülür: şaxtalar yoxdur, mühərrik asan işə düşür, ümumi enerji yükü azalır. Lakin reallıq tez-tez bunun əksini göstərir - akkumulyator qəfil sıradan çıxır və sürücünü yolda qoyur.
Avtosfer.az-ın verdiyi məlumata görə, pravda.ru-nun avtomobil ekspertləri bunun əsas səbəbinin gündəlik həyatımızda fərqinə varmadan etdiyimiz üç zərərli vərdiş olduğunu bildiriblər.
Mütəxəssislərin xəbərdarlıqlarını və tövsiyələrini təqdim edirik.
1. Qısa məsafəli sürüşlər - akkumulyatorun əsas düşməni
Sürücülər mühərriki işə saldıqdan sonra kondisioner, musiqi sistemi və işıqları aktivləşdirib yola çıxırlar. Amma əgər bu sürüş 5-10 dəqiqədən çox çəkmirsə və xüsusilə də tıxaclı şəhər şəraitindədirsə, generator akkumulyatoru tam doldurmağa vaxt tapmır. Gündəlik təkrarlanan bu vərdiş batareyada dərin boşalma yaradır və daxili lövhələrin zədələnməsinə səbəb olur. Nəticədə akkumulyator geri dönməz şəkildə sıradan çıxa bilər.
2. Park edilmiş avtomobildə belə enerji sərfi davam edir
Avtomobil dayanacaqda olsa da, bəzi sistemlər enerji sərf etməyə davam edir - məsələn, siqnalizasiya, gözləmə rejimində olan kamera, işıqlı maqnitola və hətta baqajda yanılı qalmış işıq. Bu kimi hallarda akkumulyator gecə ərzində əhəmiyyətli enerji itirə bilər. Yayda isə vəziyyət daha da pisləşir: yüksək temperatur batareyaların öz-özünə boşalma sürətini artırır.
3. Toz, oksidləşmə və mikrosızmalar
Yayda toz, elektrolit buxarları və çirkli hava akkumulyatorun səthində cərəyan keçirə bilən layın yaranmasına səbəb olur. Bu isə batareyanın dayanacaqda belə enerji itirməsinə yol açır. Eyni zamanda, terminal blokundakı oksidləşmə generatorun batareyaya zəif enerji ötürməsinə səbəb olur və mühərrikin işə düşməsini çətinləşdirir.
Nə etməli? Sadə, lakin effektli tövsiyələr:
- 20 dəqiqədən az davam edən qısa məsafəli sürüşlərdən yayının.
- Həftədə bir dəfə ən azı 1 saat magistral yolda sürün ki, batareya tam dolsun.
- Avtomobili uzunmüddətlik park edərkən bütün əlavə cihazları söndürün.
- Ayda bir dəfə akkumulyatoru soda və su məhlulu ilə təmizləyin.
"Akkumulyator problemləri təsadüf deyil, zamanla toplanan kiçik səhvlərin nəticəsidir. Cəmi 10 dəqiqəlik profilaktika bütün yay boyu sizi çətinlikdən xilas edə bilər", - deyə ekspertlər bildiriblər.
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO










