Altı ayda 25 minə yaxın minik avtomobili rəsmiləşdirilib - FOTO

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi cari ilin əvvəlindən bu günədək olan dövrü əhatə edən statistik göstəriciləri açıqlayıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, idarənin əməkdaşı Orxan Sultanov hesabat dövründə aksiz vergisinə cəlb olunan mallar arasında spirtli içkilərin 4 milyon 440 min 750,03 litr, energetik içkilərin isə 3 milyon 499 min 860,72 litr təşkil etdiyini bildirib.
Həmçinin 141 milyon 385 min ədəd qızdırılan tütün məhsulu, 59 milyon 449 min 680 ədəd digər tütün məmulatı və 18 min 928,16 kiloqram qəlyan tütünü dövriyyəyə daxil olub.
Təqdim olunan statistikaya görə, hesabat dövründə 24 min 783 minik avtomobili rəsmiləşdirilib. Onlardan 14 min 960-ı benzin, 6 min 815-i hibrid, 2 min 526-sı dizel, 482-si isə tam elektrik mühərrikli avtomobillər olub. Məlumatda ekoloji cəhətdən daha təmiz hesab edilən hibrid və elektrikli nəqliyyat vasitələrinin sayında artım müşahidə olunduğu vurğulanıb.
Bununla yanaşı, ölkəyə 2 min 641 yük avtomobili, 1960 digər təyinatlı nəqliyyat vasitəsi, 723 yəhərli dartıcı və 590 qoşqu idxal olunaraq aksiz vergisinə cəlb edilib.
O. Sultanov qeyd edib ki, cari ilin yanvar-may aylarında Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə vətəndaşlar və sahibkarlıq subyektləri tərəfindən ümumilikdə 576 müraciət daxil olub. Müraciətlərin ən çoxu yanvar ayında qeydə alınıb. Belə ki, yanvarda 198, fevralda 129, martda 78, apreldə 94, mayda isə 77 müraciət daxil olub.




Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?












