Alverçidən maşın alanlar yenidən gömrüyə çağırılır – RUSİYADA

Rusiyada maşın alverçilərinin fırıldağından əziyyət çəkənlərin sayı günbəgün artır.
Avtosfer.az xəbər verir ki, alverçilərdən (parallel idxalçılardan) daha ucuz qiymətə maşın alanlara çox vaxt 1-2 il sonra xəbərdarlıq məktubu gəlir. Onlardan əlavə gömrük ödənişi tələb edilir.
Məsələ sadədir: bütün dünyada olduğu kimi Rusiyada da gömrük rüsumu avtomobilin alış qiymətinə əsasən hesablanır. Lakin bəzi alverçilər brokerlərin əli ilə sənədləri saxtalaşdıraraq idxal avtomobili daha ucuz qiymətə rəsmiləşdirirlər. Alverçi də maşını cəlbedici qiymətə təklif etdiyi üçün bir neçə həftəyə müştəri tapıb satır.
Lakin Federal Gömrük Xidməti başqa cür işləyir. Xidmət invoysları, fakturaları 3 il ərzində təkrar yoxlayır. Fərq aşkar edildikdə isə avtomobil sahibini çağırır.
Sosial mediada yer alıan məlumata görə, bir avtomobil sahibi gömrüyə dəvət edilərək əlavə 734 000 rubl (12 100 manat) ödəməsi tələb edilib. O isə tələblə razılaşmayaraq məhkəməyə üz tutsa da, prosesi uduzub. Buna görə də, gecikdirmə üçün əlavə 640 min rubl (10 600 manat) dəbbə pulu ödəyib. Məhkəmə və cəriməni nəzərə alsaq vətəndaş əlavə olaraq 1 375 000 rubl (təxminən 23 000 manat) xərcə düşüb.
İş burasındadır ki, vətəndaşın gömrük sənədlərinin saxtalaşdırılıb-saxtalaşdırılmadığını öyrənmək imkanı yoxdur. Lakin bütün hallarda saxtakarlığın cəzasını vicdanlı alıcı çəkir.
Vüqar Yaşaroğlu
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTOLAR
Bu iki qaydaya əməl etməyən sürücülər qəza şəraiti yaradır – XƏBƏRDARLIQ
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat










