Alverçilərə pis xəbər — Maşında problem çıxsa...

Vətəndaşın aldığı avtomobildə bir gün sonra ciddi nasazlıqlar aşkarlanıb və satıcı nəqliyyat vasitəsini geri götürməkdən imtina edib. Satıcının nəqliyyat vasitəsini geri götürməkdən imtina etməsi alıcının hüquqları baxımından suallar yaradır. Ekspertlər bildirirlər ki, belə hallarda alıcı müqavilənin ləğvi, ödənilən vəsaitin geri qaytarılması və ya təmir tələbi üçün hüquqi addımlar ata bilər.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Cavanşir Qasımzadə bildirib ki, əgər aldığınız avtomobildə ciddi problem aşkar olunub və satıcı bunu sizdən gizlədibsə, sizin bir neçə əsas hüququnuz var.
"Belə hallarda avtomobili geri qaytarmaq və ödənilən vəsaiti tam tələb etmək, yaxud nasazlığın satıcı tərəfindən pulsuz təmir olunmasını tələb etmək sizin qanuni haqqınızdır. Bu hüquq xüsusilə malın qüsurlu olması və ya satışdan əvvəl mövcud nasazlığın gizlədilməsi hallarında tətbiq olunur. Əgər satıcı avtomobili geri götürməkdən imtina edirsə, ilk addım rəsmi məktubla bildiriş göndərməkdir. Məktubda problemin dəqiq təsviri, yaranan xərclər və tələb etdiyiniz həll yolu, avtomobilin geri qaytarılması və ya təmir olunması aydın şəkildə göstərilməlidir. Şifahi razılıq mümkün olmadıqda, müstəqil ekspertiza rəyi almaq vacibdir. Ekspertiza, nasazlığın satışdan əvvəl mövcud olduğunu və sizdən asılı olmadığını sübut etməyə kömək edir".
Vəkil bildirib ki, əgər bütün bu addımlara baxmayaraq məsələ hələ də həll olunmazsa, son çarə məhkəməyə müraciət etməkdir.
"Məhkəmə yolu ilə həm ödənilən pulu, həm də nasazlıq nəticəsində çəkdiyiniz əlavə xərcləri tələb etmək mümkündür. Bu prosesdə bütün sənədlər və məktublar, həmçinin ekspertiza rəyini yazılı formada saxlamaq çox önəmlidir, çünki onlar hüquqlarınızı qorumaq üçün əsas sübut rolunu oynayır" - o qeyd edib.
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO












