Amerikalı tüner ən davamlı 911 modelini hazırlayıb - FOTO

Viskonsin ştatındakı Fiçbyorq şəhərində yerləşən Kelly-Moss Road and Race atelyesi ən davamlı Porsche 911 sportkarını hazırlayıb. Amerikalı tüner 1984-cü ilin istehsalı olan Porsche 911 Carrera modelini yolsuzluq kupesinə çevirib.
Tünerlər avtomobolin arxa təkər tağlarını 7 sm artırmış, ön tağları isə 14 sm genişləndirmişlər. Nəticədə, avtomobili 245/65/R17 ölçülü BG Goodrich şinləri ilə təchiz etmək mümkün olub.
Willy adlandırılmış avtomobilin kuzovu güclü təhlukəsizlik karkası ilə təchiz edilib. Karkasın üzərində quraşdırılan baqaj daha bir 911 sportkarının asanlıqla saxlaya bilir. Gücləndirilmiş konstruksiyasına baxmayaraq, kupe 1200 kq yaxın çəkiyə malikdir. Yolsuzluq sportkarını Eibach yayları və tənzimlənən ikiborulu Exe-Tc amortizatorları ilə də təchiz ediblər.
Avtomobil 340 at qüvvəsi hasil edən 3,4-litrlik altısilindrli oppozit mühərriki və mexaniki ötürmələr qutusu ilə hərəkətə gəlir. Willy havalandırmalı diskləri olan Brembo əyləc mexanizmlərinə, yeni fənərlər və damda quraşdırılan "çilçırağa" sahib olub. Avtomobilin salonunda Momo sükan çarxı və Recaro oturacaqları quraşdırılıb.
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?


















