Ara məsafəsi ilə bağlı yeni nişan quraşdırldı - Etirazlar baş qaldırdı - FOTO

Avropa İttifaqı ölkələrində yeni yol nişanı quraşdırılır. Bu nişanda qırmızı dairədə 2 avtomobil, üzərində 70 rəqəmi, mavi fonda isə 3 nəqliyyat vasitəsi təsvir edilib. Yeni nişan nəyi bildirir?
Avtosfer.az xəbər verir ki, bu nişan sürücülərin qarşıdakı avtomobillə minimum 70 metr ara məsafəsi saxlamasını tələb edir. Sürücülərin davranışını isə radarlar süni intellektlə nəzarətdə saxlayır.
Cərimələr də çox ağır olub, ölkəyə görə 135 avrodan 500 avroyadək dəyişir. Lakin sürücülər heç də hamısı buna əməl edə bilmir. Sürücülərin ara məsafəsi saxlamağa vərdiş etdiyi ölkələrdə ciddi narazılıq yaranmır. Elə ölkələr də var ki, məsələn Belçika, sürücülər bu məsafəni necə hesablayacaqlarını bilmirlər.

Belçikalı vəkillər və hüquq müdafiəçiləri yeni yol nişanı ilə bağlı hüquqi boşluqlar olduğunu iddia edirlər. Onların fikrincə, qarşıdakı nəqliyyat vasiəsi ani tormozlama etdikdə ara məsafəsinin azalmasına görə məsuliyyət məsələsi həll edilməyib. Digər tərəfdən, nişanın təhlükəsizliyə xidmət edəcəyi, yoxsa əlavə kəskin tormozlamaların sayını artıracağı, əlavə stres yaradacağı da hələ ki, qeyri-müəyyəndir.
Sürücülər isə bu nişanı sadəcə olaraq dövlət büdcəsini doldurma vasitəsi hesab edirlər.
Vüqar
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












