Aston Martin Valkyrie Silverstounda dövrə vurub - FOTO

Aston Martin şirkəti Silverstounda keçirilən Böyük Britaniya Qran Prisi öncəsi Valkyrie hiperkarının dinamik debütünü keçirib. Red Bull Racing komandasının rənglərinə boyanmış test prototipi Qran Prinin başlanmasından öncə trekdə dövrə vurub.
Aston Martin Valkyrie modelinin sükanı arxasında şirkətin test pilotu Kris Qudvin olub. O, qarşıda onları çox sayda işlərin gözlədiyini, avtomobilin real yarış trekində çıxmasının isə, gələcək hiperkar barədə təsəvvür yaratmağa köməklik edəcəyini bildirinb.
Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, hiperkarın unikal 6,5-litrlik V12 mühərriki məşhur Cosworth firması tərəfindən inşa edilib. Mühərrik 11100 dövr/dəqiqəyə kimi fırlanır və 1014 at qüvvəsi hasil edir. Aqreqatın fırlanma anı isə, 7000 dövr/dəqiqədə 740 Nm təşkil edir. Avtomobilin mühərriki və ötürmələr qutusu onun güc strukturuna inteqrə edilib. Misal üçün, arxa asqı ötürmələr qutusunun karterinə birləşdirlir. Bu həll avtomobilin çəkisini azaltmağa və kuzovun sərtliyini artırmağa imkan verir.
Hibrid qurğunun elektrik hissəsini Integral Powertrain Ltd şirkəti hazırlayıb. Bu firmanı da 1998-ci ildə Cosworth firmasında işləmiş mütəxəssislər yaradıb. Elektromotor 162 at qüvvəsi və 280 Nm fırlanma anı hasil edir. dartma batareyasını və kinetik enerjinin rekuperasiyası ERS (Energy Recovery System) sistemini britaniyalılar Rimac şirkəti ilə birlikdə hazırlayıblar.
Ümumilikdə, Valkyrie hiperkarının güc qurğusu 1176 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir. Elektromotor təkcə sürətlənmə və ya keçid rejimində daxili yanacaq mühərrikinə yardım etməyəcəkdir. Valkyrie hiperkarı elektrik ötürməsini arxaya hərəkət üçün istifadə edəcəkdir, çünki hiperkar ənənəvi arxa ötürmə pilləsindən məhrumdur.
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır














