Avropa avtomobil sənayesində BÖHRAN

Avropa avtomobil sənayesi son onilliklərin ən ciddi böhranlarından birini yaşayır.
Avtosfer.az "İzvestiya"ya istinadən xəbər verir ki, regionun aparıcı avtomobil konsernləri mənfəətin kəskin azalmasını bəyan edir, kütləvi şəkildə işçi qüvvəsini azaldır və müəssisələri bağlayırlar.
Bunun əsas səbəbləri enerji qiymətlərində kəskin artım, Çin elektromobil istehsalçılarının təzyiqi, başlıca ixrac bazarı olan Çində tələbatın azalması, Avropanın elektromobil istehsalı və satışında asiyalı rəqiblərindən geri qalması, eləcə də strategiyadakı səhvlərdir.
Ötən il BMW 37%, "Volkswagen" 33%, "Mercedes-Benz" 40.5% gəlir azalması nümayiş etdirib. "Volkswagen"in son 5 ildə bazar kapitallaşması demək olar ki, üçdə bir azalıb. "Volkswagen Group"un tərkibinə daxil olan "Audi" 2029-cu ilə qədər 7 500 işçinin ixtisarını planlaşdırır.
2024-cü ildə Avropa bazarında elektromobillərin payı 13.6%-ə enib (əvvəlki ildə 14.6%). Çində isə elektromobillərin bütün satışlarda payı artıq 35%-ə çatıb və bu trend davamlı şəkildə artır.
Avropa brendləri ənənəvi modellərin qiymətlərini artırmaqla itkiləri kompensasiya etməyə çalışırlar, lakin bu yalnız alıcı itkisinin artmasına səbəb olur.(oxu.az)
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTOLAR
Bu iki qaydaya əməl etməyən sürücülər qəza şəraiti yaradır – XƏBƏRDARLIQ
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat










