Avropa avtomobil sənayesinin çöküşü ilə üz-üzədir

Çin şirkətləri ilə rəqabət səbəbindən Avropa öz avtomobil sənayesini itirmək təhlükəsi ilə üz-üzədir.
Avtosfer.az xəbər verir ki, bu barədə beynəlxalq avtomobil ehtiyat hissələri istehsalçısı olan "Gestamp" şirkətinin qurucusu və sədri Fransisko Riberas "Financial Times" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, elektromobillərin inkişaf etdirilməsi sahəsində Avropa istehsalçıları Çin rəqiblərindən geridə qalıb. Nəticədə, 2017-ci ildən etibarən Avropa qitəsində avtomobil istehsalı, o cümlədən ixrac edilən nəqliyyat vasitələri də daxil olmaqla, 20-25% azalma nümayiş etdirib.
Nəşr qeyd edir ki, avtomobil sənayesi Avropanın ümumi daxili məhsulunun (ÜDM) təxminən 7%-ni təşkil edir və 14 milyona yaxın insanı iş yeri ilə təmin edir. Bundan əlavə, bu sahə metallurgiya, kimya, şüşə istehsalı və digər iqtisadi sektorların məhsullarına olan tələbatı formalaşdırır. Buna görə də, avtosənayedəki tənəzzül bütün sənaye sahələri üçün ciddi fəsadlar yarada bilər.
F.Riberas əlavə edib ki, Çin avtomobil istehsalçılarına Avropada öz fəaliyyətlərini genişləndirməyə icazə verilməlidir. Lakin bununla yanaşı, onlar yerli ehtiyat hissələrindən istifadəni da artırmalıdırlar. (oxu.az)
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












