Avropada 8 avtomobil zavodu bağlana bilər

Avropa İttifaqında avtomobil istehsalçıları azalan tələbat və "BYD" kimi Çin markaları ilə rəqabət səbəbindən səkkiz zavodu bağlaya bilərlər.
Avtosfer.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Bildirilir ki, hazırda Avropada avtomobil zavodlarının orta güc yükü cəmi 55% təşkil edir, 75%-dən az yüklənmiş zavodlar zərərlə işləyir.
Ən pis nəticə göstərən şirkət "Stellantis"-dir. Ekspertlər Çin brendlərinin bu il Avropa bazarının təxminən 5%-ni tutacağını və 2030-cu ilə qədər bu rəqəmin 10%-ə çatacağını proqnozlaşdırırlar.
"Yaxın illərdə Avropa avtomobil istehsalçıları Çin markalarına satışda milyonlar uduzacaqlar", – deyə "AlixPartners" konsaltinq şirkətinin icraçı direktoru Fabian Piontek bildirib.
"AlixPartners" hesab edir ki, 10 000 işçisi olan böyük zavodun bağlanması 1,5 milyard avroya başa gəlir.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












