Avropada elektromobil satışları bu səbəbdən artdı

Avropa İttifaqı (Aİ) ölkələrində cari ilin ilk yarısında elektromobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 40,5 faiz artıb. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) statistikasında qeyd olunub. Belə ki, Yaxın Şərqdə ABŞ/İsrail–İran müharibəsindən sonra Hörmüz boğazının bağlanması nəticəsində qlobal enerji təchizatında yaranan problemlər davam edir. Bu dövrdə 1 milyon 220 min 890 elektromobil satılıb. Elektromobillər ümumi avtomobil satışlarının 20,7 faizini təşkil edib. İyun ayında isə elektromobil satışları ötən ilin eyni ayı ilə müqayisədə 60,7 faiz artaraq 270 min 557-yə çatıb. Tam elektrikli, hibrid və "plug-in hibrid" modellərin ümumi avtomobil satışlarındakı payı isə 68,9 faizə yüksəlib. Yanvar–iyun aylarında benzin mühərrikli avtomobillərin satışı illik müqayisədə 17,2 faiz azalıb. Benzinlə işləyən avtomobillərin satışı bütün əsas bazarlarda geriləyib. Ən böyük azalma Danimarkada qeydə alınıb – 61,7 faiz. Onu 48,6 faizlə Niderland, 38 faizlə Finlandiya və 34,2 faizlə Fransa izləyib.
Ümumi satışlar 5,9 milyona çatıb
Aİ ölkələrində yeni avtomobil satışları iyun ayında 2025-ci ilin eyni ayı ilə müqayisədə 13,6 faiz artaraq 1 milyon 147 min 962 ədəd olub. Satılan yeni avtomobillərin 35,2 faizi hibrid, 23,6 faizi elektrikli, 21,3 faizi benzinli, 10,1 faizi plug-in hibrid, 6,7 faizi dizel, 3,1 faizi isə digər yanacaq növləri ilə işləyən avtomobillər olub. Cari ilin yanvar–iyun aylarında isə ümumi satışlar ötən ilin analoji dövrü ilə müqayisədə 5,7 faiz artaraq 5 milyon 896 min 683 ədədə çatıb. Bu dövrdə Aİ ölkələrində satılan yeni avtomobillərin 37,3 faizi hibrid, 22,2 faizi benzinli, 20,7 faizi elektrikli, 9,8 faizi plug-in hibrid, 7,5 faizi dizel, 2,6 faizi isə digər yanacaq növləri ilə işləyən avtomobillər olub.
Aİ-də ən çox satılan marka "Volkswagen" olub
Markalar üzrə satışlara nəzər saldıqda, Aİ-də ən çox satılan marka 10,4 faizlik bazar payı və 614 min 801 avtomobillə Volkswagen olub. Onu 396 min 495 satış və 6,7 faizlik bazar payı ilə Skoda, 381 min 849 satış və 6,5 faizlik bazar payı ilə Toyota izləyib. "Renault" 351 min 610 satışla dördüncü, "BMW" 338 min 559 satışla beşinci, "Peugeot" isə 299 min 399 satışla altıncı yerdə qərarlaşıb. Sonrakı yerlərdə "Mercedes" (286 min 445), "Audi" (284 min 194), "Dacia" (262 min 511) və "Kia" (218 min 279) qərarlaşıb. Ötən ilin yanvar–iyun aylarında Aİ ölkələrində 70 min 849 ədəd olan "Tesla" satışları isə bu ilin eyni dövründə 75,4 faiz artaraq 124 min 242-yə yüksəlib. Şirkətin Aİ bazarındakı payı da bu dövrdə 1,3 faizdən 2,1 faizə çatıb.
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












