Avtomobil bazarında elektrikli modellərin sayı sürətlə artır

Almaniyada elektrikli avtomobillərin satışı kəskin şəkildə artır.
Avtosfer.az "Azərtac"a istinadən xəbər verir ki, Federal Avtomobil İdarəsinin məlumatına əsasən, martda 70 min 663 tam elektrikli yeni avtomobil qeydiyyata alınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 66,2 faiz çoxdur. Elektrikli modellərin bütün yeni minik avtomobili qeydiyyatları içində payı 24 faizə yüksəlib.
Bununla da elektrikli avtomobillər statistikada benzin mühərrikli avtomobilləri geridə qoyub. Benzin və dizel avtomobillərinin satışı isə azalmaqda davam edib. Ən çox istifadə olunan mühərrik növü hələ də 40 faiz bazar payı ilə hibrid avtomobillərdir. Bu avtomobillər daxiliyanma mühərriki ilə elektrik mühərrikini birləşdirir. Bu payın içində 10,2 faiz plug-in hibridlərdir ki, onlar tam elektrik rejimində də hərəkət edə bilir.
Ümumilikdə isə elektrikli avtomobillərə yüksək tələbatla əlaqədar avtomobil bazarı da böyüyüb. Martda yeni minik avtomobillərinin satışı 16 faiz artaraq 294 min 161-ə çatıb. Bu, 2024-cü ilin iyun ayından bəri ən yüksək göstəricidir. Elektrikli avtomobil bazarında mart ayında birinci yerdə 52,5 min avtomobillə “Volkswagen” qərarlaşıb.
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












