Avtomobil ehtiyat hissələri və təmir xərclərinin bahalaşması ... - ASA

Avtomobil ehtiyat hissələri və təmir xərclərinin bahalaşması icbari sığorta ödənişlərinə ciddi təsir göstərir.
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) bu tarazlığın tənzimlənməsi ilə bağlı hansı çıxış yollarını təklif edir?
Avtosfer.az-ın məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib ki, 2022-ci ilin oktyabrın 1-dən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə haqlar yeni qayda ilə hesablanır.
“Belə ki, baza sığorta haqqı 50 manat olaraq qalır, lakin risk səviyyəsinə görə baza sığorta haqqına yeni əmsallar tətbiq olunur. Bu risk əmsallar sürücünün yaşı və sürücülük təcrübəsi, avtonəqliyyat vasitəsinin qeydiyyatda olduğu region və onu idarə etmə hüququna malik şəxslərin sayı, mühərrik həcmi, sürücünün hadisə keçmişi və avtonəqliyyat vasitəsinin istismar müddəti ilə bağlıdır”, - deyə məlumatda bildirilir.
Qeyd edilib ki, avtoicbari sığortada tətbiq edilən bu qayda əsasən ədalətlilik prinsipinin bərpası və yol-nəqliyyat iştirakçıları arasında məsuliyyətliliyin artırılması məqsədi daşıyır. Sığorta ödənişləri ilə bağlı məsələ də aktual mövzulardandır:
“Lakin indiki məqamda avtonəqliyyat vasitəsi sahibləri Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündən əlavə “Kasko sığorta” məhsulunu da əldə etməklə təminatı genişləndirə bilirlər. Çünki “Kasko sığorta” məhsulu avtonəqliyyat vasitələrinin gövdəsinə dəymiş zərərdən əlavə, həm də vurma-vurulma risklərinə qarşı da təminat verir. Bu zaman avtonəqliyyat vasitələrinə yönəlik daha çox risk təminat altına alınır və nəticə etibarilə avtonəqliyyat vasitəsi tam təminatlı sığortalanmış olur. Hətta avtonəqliyyat vasitəsi sahibləri avtoicbari sığortanı əldə etdikləri zaman cüzi əlavə ödəniş etməklə (yəni qutu-məhsul ilə) təminat məbləğini genişləndirə də bilərlər”.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












