Avtomobil eksperti: "Maşın özü qərar verəcək ki, nə vaxt yağ dəyişmək lazımdır"

Müasir avtomobil istehsalçıları çevik yad dəyişmə intervalı texnologiyasından istifadə edərək yağ dəyişmə müddətini avtomobilin real iş şəraitinə əsasən tənzimləyirlər.
Avtosfer.az-ın "Rossiyskaya Qazeta"ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil eksperti Aleksandr Sosnovski bildirib.
Onun sözlərinə görə, bu sistem kompüter vasitəsilə yağın vəziyyətini, mühərrik saatlarını, temperaturu, işədüşmə tezliyini və digər parametrləri qiymətləndirərək dəyişmə intervalını dinamik şəkildə tənzimləyir.
Ekspert bildirib ki, ilk belə sistem 1980-ci illərdə "General Motors" tərəfindən sınaqdan keçirilsə də, o dövrdə texnologiya məhdudiyyətləri səbəbindən uğur qazanmayıb.
"İndi isə BMW, "Mercedes-Benz", "Audi" kimi Avropa brendləri bu sahədə liderdir. Məsələn, BMW-nin CBS sistemi yağın vaxtından əvvəl köhnəlməsini aşkar edərək sürücünü xəbərdar edir. Çevik intervallar şəhər şəraitində xərcləri 25%, magistral yollarda isə 40% azalda bilər", - deyə o əlavə edib.
Mütəxəssis sürtkü materialları istehsalçılarının da bu yeniliyə uyğunlaşdığını bildirib.
Onun sözlərinə görə, "Volkswagen" kimi brendlər "LongLife" rejimi üçün premium yağlar tələb edir, sabit intervallar üçün isə standart yağlar kifayətdir. Bu, avtomobil sahiblərinə xərcləri optimallaşdırmaq imkanı verir.
Analitiklər 2030-cu ilə qədər yeni avtomobillərin 80%-dən çoxunun bu intellektual sistemlərlə təchiz olunacağını proqnozlaşdırırlar.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












