Avtomobil idxalı 2 dəfə artıb

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana 26 695 avtomobil idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 90 faiz çoxdur. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir. Bu ilin ilk səkkiz ayı ərzində 24 088 minik maşını idxal edilib. Bu rəqəm 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə təxminən 2 dəfə çoxdur. İdxal olunan 10 və daha çox sərnişin daşıyan nəqliyyat vasitələrinin sayı 246-ya (2,5 dəfə artım) bərabər olub. Bundan başqa, 2 262 yük maşını (69,8 faiz artım), 99 xüsusi təyinatlı nəqliyyat vasitəsi (22 ədəd artım) idxal olunub.
İdxal, həcminin ümumi məbləğinə gəldikdə isə, hesabat dövründə idxal olunan nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin dəyəri 749,131 milyon dollar təşkil edib ki, bu da ötən ilin ilk səkkiz ayı ilə müqayisədə təxminən 35,3 faiz çoxdur.
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?












